• $
  • £

Yelo Bank-ın dəstəyi ilə "Şəhərin səsi" mədəni proqramı baş tutub

Yelo Bank-ın dəstəyi ilə "Şəhərin səsi" mədəni proqramı baş tutub
19.05.2026 15:12

Baku Urban Week çərçivəsində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ərazisində “Şəhərin səsi” adlı xüsusi mədəni proqram keçirilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) doğru mühüm addım olan bu layihə, Yelo Bank-ın, eləcə də digər tərəfdaşların dəstəyi, “Torpağın Səsi” və Atəşhub-un təşkilatçılığı ilə reallaşıb.

Tədbir urbanistika, elektron musiqi, rəqəmsal incəsənət və kino irsini bir araya gətirərək şəhəri sadəcə binalar və küçələr kimi deyil, canlı bir ritm və yaddaş kimi yenidən kəşf etmək ideyası ətrafında qurulub. Bir gecəlik müasir art-məkana çevrilən tarixi kinostudiyada qonaqlar üçün “Azərbaycanfilm”in tarixinə eksklüziv ekskursiya təşkil olunub.

Gecə boyu təqdim olunan rəqəmsal proyeksiyalar, canlı 'video mapping' şouları, xüsusi mural konsepti və tanınmış DJ-lərin elektron musiqi çıxışları Bakının çoxqatlı mədəni kimliyini fərqli bir estetika ilə nümayiş etdirib. Tədbirə qatılan beynəlxalq təşkilatların, biznes və sənət dünyasının nümayəndələri müasir urbanist gündəliyin inkişafına öz dəstəklərini nümayiş etdiriblər.

Yelo Bank innovativ ideyaları, yaradıcı iqtisadiyyatı və şəhər mədəniyyətinin müasir transformasiyasını dəstəkləməkdən qürur duyur. Bank gələcəyə yönəlmiş bu cür qlobal və kreativ layihələrin etibarlı tərəfdaşı olmağa davam edəcək.

Sərfəli online kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol