• $
  • £

Bəhram Saleh: Böhrandan sonra bərpa təhlükəsiz mənzildən başlayır

Bəhram Saleh: Böhrandan sonra bərpa təhlükəsiz mənzildən başlayır
21.05.2026 10:39

Münaqişələr, zorakılıq və təqiblər nəticəsində dünyada təxminən 117 milyon insan məcburi köçkün vəziyyətinə düşüb, iqlim fəlakətləri isə bu riski daha da artırır. Bunu İraqın keçmiş prezidenti Bəhram Saleh bildirib.

O, WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib ki, müvəqqəti sığınacaq bir çox insan üçün uzunmüddətli qeyri-müəyyənliyə çevrilir.

Salehin sözlərinə görə, Çad, Braziliya, İordaniya, Kolumbiya, Türkiyə və Suriyada əldə olunan təcrübə göstərir ki, bərpa prosesi insanların təhlükəsiz yaşaya biləcəyi məkanın yaradılması ilə başlayır.

“Yetərli mənzil təminatı olmadıqda bərpa zəifləyir, insanların dolanışıq imkanları qeyri-sabit qalır, təhsil və səhiyyəyə çıxış çətinləşir”, — o bildirib.

Keçmiş prezident qeyd edib ki, bərpa və yenidənqurma siyasətində adekvat mənzil hüququ mərkəzi yer tutmalıdır. Onun sözlərinə görə, ev anlayışı yalnız divarların tikilməsi deyil, torpaqdan istifadə, mülkiyyət və yaşayış hüququnun təmin olunması, insanların ləyaqətlə yaşaması və həyatlarını yenidən qurması üçün hüquqi sənədləşmə deməkdir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb

Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Cəmiyyət 13:27
Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol