• $
  • £

Fariz Əzizov: Müasir şəhərlər yalnız avtomobillər üçün dizayn edilməməlidir


Fariz Əzizov: Müasir şəhərlər yalnız avtomobillər üçün dizayn edilməməlidir
21.05.2026 12:18

Bakının şəhərsalma və nəqliyyat sistemi son illər əhəmiyyətli transformasiya mərhələsinə daxil olub. Şəhər Sovet dövründən qalan ənənəvi şəhərsalma modelindən uzaqlaşaraq daha müasir, çevik və insan yönümlü inkişaf istiqamətinə keçid edir.Bunu AAYDA nümayəndəsi Fariz Əzizov Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şəhərdə mobillik sahəsində həyata keçirilən dəyişikliklər müxtəlif istiqamətlərdə yeniliklərə səbəb olub, lakin bu proses müəyyən çətinliklərlə də müşayiət edilir.

“İnsanların şəhərətrafı ərazilərə üz tutması, texnoloji inkişaf və demoqrafik dəyişikliklər gələcək planlaşdırmada nəzərə alınmalı olan vacib amillərdir. Biz gələcəyi öncədən düşünmək və proqnozlaşdırmaq məsuliyyəti daşıyırıq”, – deyə o bildirib.

Fariz Əzizov qeyd edib ki, “Bakı Baş Planı 2040” şəhərin infrastruktur sistemində köklü dəyişikliklərin həyata keçirilməsini nəzərdə tutur və əsas məqsəd insanların gündəlik həyatını daha rahat etməkdir.

Onun sözlərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yanaşması da artıq ənənəvi yol tikintisi anlayışı ilə məhdudlaşmır:

“Biz alternativ nəqliyyat dəhlizləri yaradır, nəqliyyat axınlarını tənzimləyir, həddindən artıq yüklənmiş qovşaqlar üzərindəki təzyiqi azaldır, təhlükəsizlik standartlarını yüksəldir və daha çevik, rəqabətqabiliyyətli mobillik sistemi qurmağa çalışırıq”.

AAYDA nümayəndəsi vurğulayıb ki, müasir şəhərlər yalnız avtomobillərin hərəkəti üçün nəzərdə tutulmamalıdır və şəhər planlaşdırılmasında piyadalar da əsas yer tutmalıdır.

“Şəhərlər insanın dostu olmalıdır. Yollar sadəcə asfalt və sement deyil. Onlar iqtisadi inkişaf, təhlükəsizlik, mobillik və insanların daha keyfiyyətli həyatının vacib hissəsidir”, – deyə o əlavə edib.

Fariz Əzizovun sözlərinə görə, dövlət proqramı çərçivəsində AAYDA hazırda 26 iri yol infrastrukturu layihəsini həyata keçirir və onların bir neçəsi artıq aktiv tikinti mərhələsindədir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb

Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Cəmiyyət 13:27
Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol