• $
  • £

“Azercell CUP 2026” müsabiqəsinə start verilir

“Azercell CUP 2026” müsabiqəsinə start verilir
20.05.2026 18:03

İnformatika sahəsində istedadlı məktəblilərin aşkar olunmasına yönəlmiş layihənin ilk turu 28 may tarixində keçiriləcək

Azercell, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunan “Azercell CUP 2026” proqramlaşdırma müsabiqəsinə qeydiyyat başlayıb. Layihənin əsas məqsədi informatika və alqoritmik proqramlaşdırma sahəsində istedadlı şagirdləri müəyyənləşdirməklə onların bilik və bacarıqlarının inkişafını dəstəkləməkdir. Təşəbbüs həmçinin ölkədə yeni nəsil İT və İKT mütəxəssislərinin formalaşmasını təşviq edir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 20-27 May 2026-cı il tarixləri arasında Azercell CUP 2026 platforması üzərindən qeydiyyatdan keçə və layihə barədə ətraflı məlumat əldə edə bilərlər. “Azercell CUP” müsabiqəsində ümumitəhsil müəssisələrinin, eləcə də xarici ölkələrdə təhsil alan Azərbaycan vətəndaşı olan 6-cı və 7-ci sinif şagirdləri iştirak edə bilərlər.

Üç mərhələdən ibarət olan müsabiqənin birinci turu 28 may tarixində onlayn formatda keçiriləcək. Növbəti mərhələlərdə yüksək nəticə göstərən iştirakçılar beynəlxalq informatika olimpiadalarına hazırlıq proqramlarına dəvət olunacaqlar.

“Azercell CUP” layihəsi ölkədə rəqəmsal bacarıqların inkişafına, gənclərin İT və innovasiya sahəsinə marağının artırılmasına, eləcə də gələcək texnologiya mütəxəssislərinin yetişdirilməsinə töhfə verməyi hədəfləyir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video
Cəmiyyət 13:59
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - Video

Avtobuslarla 500 mindən çox sərnişin daşınıb
Cəmiyyət 13:43
Avtobuslarla 500 mindən çox sərnişin daşınıb

Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb
Cəmiyyət 13:27
Xırdalanda qumbara partlayıb, 19 yaşlı qız ölüb


Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb
Cəmiyyət 13:00
Lənkəranda dəmiryolu ərazisindən relslər oğurlanıb, 3 nəfər saxlanılıb


Azərbaycanda sabah 35 dərəcə isti olacaq
Cəmiyyət 12:35
Azərbaycanda sabah 35 dərəcə isti olacaq

Astaranın üç kəndində qaz kəsilib
Cəmiyyət 12:22
Astaranın üç kəndində qaz kəsilib
Gədəbəydə güllələnmiş meyit tapılıb
Cəmiyyət 12:12
Gədəbəydə güllələnmiş meyit tapılıb
Astaranın 3 kəndində qaz olmayacaq
Cəmiyyət 11:00
Astaranın 3 kəndində qaz olmayacaq
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Cəmiyyət 10:46
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol