• $
  • £

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır

“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır
25.05.2026 09:20

“AzerGold” QSC ilk dəfə olaraq yerli xammaldan hazırlanmış, 999,9 əyarlı gümüş külçələri bazara təqdim etməyə hazırlaşır. Məhsulların istehsal prosesinə artıq başlanılıb.

"AzerGold”dan  verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə gümüş külçələr 250, 500 və 1000 qram çəkidə təqdim olunacaq. Növbəti mərhələdə isə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınaraq müxtəlif çəkilərdə yeni məhsul növlərinin istehsalı planlaşdırılır.

“Son illərdə yaşıl enerji texnologiyalarında, günəş panelləri və elektronika sənayesində gümüşdən istifadənin genişlənməsi bu metalın qlobal dəyərinin artmasına səbəb olub. Beynəlxalq bazarlarda gümüşə marağın yüksəlməsi ona investisiya aləti kimi tələbatı da artırıb”.

Milli məhsulun istehsalı ilə yerli qiymətli metallar bazarının inkişafına töhfə verməsi, həmçinin əhali və investorlar üçün etibarlı alternativ investisiya vasitəsinə çevrilməsi hədəflənir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol