• $
  • £

Cavid Quliyev: Müştərilərə verilən kredit portfeli 3,883 milyard manata çatıb

Cavid Quliyev: Müştərilərə verilən kredit portfeli 3,883 milyard manata çatıb
25.05.2026 10:42

Paşa Bankın müştərilərə təqdim etdiyi kreditlərin həcmi artım nümayiş etdirərək 3 milyard 883 milyon manata çatıb və bu portfelin əsas hissəsini biznes kreditləri təşkil edib. Bunu Bankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Cavid Quliyev deyib.

Onun sözlərinə görə, bankın ümumi gəlirləri sabit artım tempini qoruyub. Belə ki, faiz gəlirləri 13%, qeyri-faiz gəlirləri, yəni komissiya gəlirləri isə 9% artıb.

Müştərilğrə verilən ümumi kredit portfeli 5% artım göstərərək 3 milyard 883 milyon manata yüksəlib. Kreditlərin əsas hissəsi iri və kiçik sahibkarlara, eləcə də şirkətlərə verilən biznes kreditlərindən ibarətdir",- o “PAŞA Bank”ın 2025-ci ilin illik maliyyə
nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

Bank rəhbəri əlavə edib ki, investisiya və qiymətli kağızlar portfeli də artım nümayiş etdirib. Onun sözlərinə görə, bu göstərici 42% artaraq ilin sonuna 2 milyard 500 milyon manata çatıb.

Eyni zamanda, müştərilərdən cəlb olunan vəsaitlərdə də müsbət dinamika müşahidə olunub. Belə ki, bu göstərici 116% artaraq ilin sonuna 700 milyon 900 min manat səviyyəsinə yüksəlib.

Cavid Quliyev bankın fəaliyyət göstəricilərindən biri olan sağlamlıq indeksində də artım qeydə alındığını vurğulayıb. O bildirib ki, həmin göstərici 2024-cü ilin sonunda 75,5% olduğu halda, 2025-ci ildə 75,7%-ə çatıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol