• $
  • £

Paşa Bank nəqliyyat sektoru kredit portfelində ən yüksək artım nümayiş etdirib

Paşa Bank nəqliyyat sektoru kredit portfelində ən yüksək artım nümayiş etdirib
25.05.2026 10:46

Paşabankın kredit portfelində ötən il ən yüksək artım nəqliyyat sektorunda qeydə alınıb və bu istiqamətdə artım 122%-i ötüb. Bunu Bankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Cavid Quliyev deyib.

Onun sözlərinə görə, bankın korporativ bankçılıq sahəsində, yəni iri, orta və kiçik biznes üzrə bazar payı 19,15% təşkil edir və son bir neçə il ərzində bu göstərici sabit şəkildə 19-20% intervalında qorunub saxlanılır.

Cavid Quliyev bildirib ki, kredit portfelində sektorlar üzrə ən böyük artım nəqliyyat sahəsində müşahidə olunub.

Onun sözlərinə görə, bu artımda Azərbaycanın beynəlxalq təşəbbüslərdə iştirakının və ölkənin Çinlə Avropa arasında mühüm tranzit əlaqələrindən istifadəsinin rolu böyük olub.

“Bu istiqamətdə müştərilərimiz tərəfindən ciddi maraq müşahidə etmişik.qeyd edib. kənd təsərrüfatı sektorunda da müştəri bazası üzrə müsbət dinamika qeydə alınıb və bu sahədə təxminən 25%-ə yaxın artım müşahidə olunub. Meyvəçilik, tərəvəzçilik və fındıqçılıq daxil olmaqla müxtəlif kənd təsərrüfatı istiqamətləri üzrə həm daxili bazara, həm də ixrac əməliyyatlarına yönələn kreditlər verilib",- o vurğulayıb.

Cavid Quliyev qeyd edib ki, xidmət sektorunda artım tempi digər sahələrlə müqayisədə daha aşağı olsa da, burada da müsbət dinamika qorunub və artım 5,4% səviyyəsində formalaşıb.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol