• $
  • £

Cavid Quliyev: Süni intellekt müştəri sorğularına cavab müddətini əhəmiyyətli dərəcədə azaldıb

Cavid Quliyev: Süni intellekt müştəri sorğularına cavab müddətini əhəmiyyətli dərəcədə azaldıb
25.05.2026 10:53

Paşabankda tətbiq edilən süni intellekt həlləri müştəri sorğularının emalını sürətləndirərək xidmət keyfiyyətinin artırılmasına imkan yaradıb. Bunu Bankın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Cavid Quliyev deyib.

Onun sözlərinə görə, bankda tətbiq olunan süni intellekt əsaslı həllər çərçivəsində müştərilərdən daxil olan sorğular avtomatik şəkildə analiz edilir və bu proses cavab müddətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Cavid Quliyev bildirib ki, süni intellektin tətbiqi bank üçün ayrıca strateji istiqamətlərdən biridir və gələcək dövrlərdə bu texnologiyanın istifadəsinin genişləndirilməsi nəzərdə tutulur.

Bank rəhbəri qeyd edib ki, əsas məqsəd müştəri təcrübəsini daha da yaxşılaşdırmaq və bank xidmətlərindən istifadə zamanı daha rahat və çevik xidmət göstərməkdir.

“Bizim əsas hədəfimiz müştərilərlə ünsiyyət və məhsullardan istifadə prosesini daha rahat və komfortlu etməkdir”, – o əlavə edib.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol