• $
  • £

Bakı Enerji Həftəsində 45 ölkədən şirkətlər iştirak edəcək

Bakı Enerji Həftəsində 45 ölkədən şirkətlər iştirak edəcək
25.05.2026 11:27

Bakı Enerji Həftəsində bu il 45 ölkədən beynəlxalq və yerli şirkətlər iştirak edəcək, tədbir çərçivəsində enerji təhlükəsizliyi, “yaşıl enerji” və regional əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bunu “Caspian Event Organisers” şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə Bakı Enerji Həftəsi və “TransLogistica Caspian” sərgisinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, builki proqramda neft-qaz layihələri, bərpa olunan enerji mənbələri və investisiya imkanları da əsas mövzular sırasında olacaq.

Hidayətzadə qeyd edib ki, Bakı Enerji Forumu ilk dəfə iyunun 1-də Bakı Ekspo Mərkəzində açılacaq.

Forumun növbəti sessiyaları Bakı Konqres Mərkəzində keçiriləcək.

Tədbir çərçivəsində panel müzakirələri, təqdimatlar, inkişaf sessiyaları və müxtəlif sənədlərin imzalanması nəzərdə tutulur.
Eyni tarixlərdə “TransLogistica Caspian” sərgisi də keçiriləcək. Üç günlük sərgidə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Lüksemburq və Litvadan şirkətlər iştirak edəcək.

Ağayeva bildirib ki, sərgi çərçivəsində yerli və xarici şirkətlərin iştirakı ilə B2B və B2C formatında görüşlər keçiriləcək.

Onun sözlərinə görə, iyunun 3-də ikinci Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu təşkil olunacaq. Forum iki panel sessiyadan ibarət olacaq.

Birinci sessiyada nəqliyyat-logistika təchizat zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi, ikinci sessiyada isə Orta Dəhliz beynəlxalq nəqliyyat marşrutunun inkişafı və perspektivləri müzakirə ediləcək.

Forumun təşkilatçısı “Caspian Event Organisers”, həmtəşkilatçısı isə Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol