• $
  • £

Cavid Quliyev: Azərbaycanda turistlərə öz milli valyutalarında ödəniş imkanı yaradılacaq

Cavid Quliyev: Azərbaycanda turistlərə öz milli valyutalarında ödəniş imkanı yaradılacaq
25.05.2026 12:27

Azərbaycana gələn xarici turistlər yaxın dövrdə ödənişlərini öz milli valyutalarında və ya ABŞ dolları ilə həyata keçirə biləcəklər. Bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Cavid Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan vətəndaşları xaricdə ödəniş etdikdə seçim imkanı ilə üzləşirlər və eyni təcrübənin Azərbaycanda da tətbiqi nəzərdə tutulur.

Cavid Quliyev bildirib ki, yeni yanaşma çərçivəsində BƏƏ, ABŞ, Böyük Britaniya və Asiya ölkələrindən gələn turistlər ölkədə hotel, restoran və digər xidmətlər üçün ödəniş edərkən seçim imkanına malik olacaqlar.

Onun sözlərinə görə, “PAŞA Bank” terminalları vasitəsilə turistlərə manatla yanaşı, öz milli valyutalarında və ya ABŞ dolları ilə ödəniş etmək imkanı təqdim ediləcək.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol