• $
  • £

Aİ: 2021-ci ildən bəri Azərbaycandan qaz idxalı 40%-dən çox artıb

Aİ: 2021-ci ildən bəri Azərbaycandan qaz idxalı 40%-dən çox artıb
01.06.2026 10:32

Avropa İttifaqının Azərbaycandan təbii qaz idxalı 2021-ci ildən bəri 40%-dən çox artıb. Bunu Avropa Komissiyasının Enerji Baş Direktorluğunun Enerji Təhlükəsizliyi və Beynəlxalq Əlaqələr üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Həftəsinin açılışında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi siyasətində mühüm tərəfdaşdır.

“2021-ci ildən etibarən Avropa İttifaqı Azərbaycandan təbii qaz idxalını 40%-dən çox artırıb. Bu ilin yanvarında isə Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ötürmə qabiliyyətinin ilk genişləndirilməsini həyata keçirib. Bu da 2026-cı ildə Avropa İttifaqına əlavə 1,2 milyard kubmetr qaz tədarükünə imkan verəcək”, - Lobillo Borrero bildirib.

O qeyd edib ki, Rusiya-Ukrayna müharibəsindən sonra yaranan kəskin enerji təchizatı böhranından çıxan Avropa indi Yaxın Şərqdəki gərginlik fonunda yeni çağırışlarla üzləşib.

“Bu dəfə problem daha çox təchizat çatışmazlığı ilə deyil, qiymətlərin yüksək volatilliyi ilə bağlıdır”, - o deyib.

Lobillo Borrero vurğulayıb ki, Aİ 2050-ci ilə qədər dekarbonizasiya hədəflərinə sadiq qalsa da, hazırda neft və qaz üzrə xalis idxalçı olaraq qalır və fosil yanacaqlardan asılılığını tam aradan qaldırmayıb.

Onun sözlərinə görə, belə şəraitdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət daşıyır.

Avropa Komissiyasının nümayəndəsi bildirib ki, Azərbaycan və Xəzər regionu Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verib.

O, həmçinin Azərbaycanla bərpaolunan enerji və enerji bağlantıları sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Lobillo Borrero qeyd edib ki, Aİ Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi layihəsini yaxından izləyir. Onun sözlərinə görə, layihə Xəzər regionu, Cənubi Qafqaz və Avropa arasında gələcək enerji əlaqələrinin mühüm hissəsidir.

“İştirakçı ölkələrin bu ilin sonunadək layihəyə Avropa İttifaqının Qarşılıqlı Maraqlar Layihəsi (PMI) statusunun verilməsi üçün müraciət etmək niyyəti çox vacib mərhələdir”, - o bildirib.

Lobillo Borrero əlavə edib ki, gələcəyin enerji tərəfdaşlıqları yalnız tədarük həcmləri ilə deyil, həm də etibarlılıq, şəffaflıq, dayanıqlı təchizat zəncirləri, əlverişli investisiya mühiti və həm enerji təhlükəsizliyini, həm də enerji keçidini dəstəkləyən texnologiyalarla ölçüləcək.

N. Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol