• $
  • £

BP rəhbəri: AÇG-də dərin qaz layihəsi 4-6 trilyon kubfut bərpa olunan qaz ehtiyatlarına çıxış imkanı yaradacaq

BP rəhbəri: AÇG-də dərin qaz layihəsi 4-6 trilyon kubfut bərpa olunan qaz ehtiyatlarına çıxış imkanı yaradacaq
01.06.2026 12:06

 

BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrell bildirib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda həyata keçirilən dərin qaz layihəsi 4-6 trilyon kubfut həcmində bərpa olunan qaz ehtiyatlarının işlənməsinə imkan verəcək.

AÇG yatağında ilk kommersiya qaz hasilatının başlanmasına həsr olunmuş mərasimdə çıxış edən Birrell bildirib ki, iki il əvvəl imzalanmış əlavədən sonra layihə çərçivəsində neftlə əlaqəli olmayan qaz ehtiyatlarının işlənməsi mümkün olub.

“İndi biz 4-6 trilyon kubfut həcmində bərpa olunan qaz ehtiyatlarına çıxış əldə etmişik və bu gün layihənin əməliyyat mərhələsinə start veririk”, - o deyib.

Birrell qeyd edib ki, AÇG dünyanın ən iri və mürəkkəb yataqlarından biridir və burada qaz layları həm neft yataqlarının üstündə, həm də altında yerləşir.

Onun sözlərinə görə, daha dərin qaz laylarının aşağı hissəsində qaz və su arasında nazik neft qatının da aşkar edilməsi layihənin əlavə potensialını artırır.

BP rəsmisi bildirib ki, son 32 ildə AÇG yataqlar blokundan dünya bazarlarına təxminən 4,7 milyard barel neft ixrac olunub.

“Bu gün Azərbaycanda BP əməkdaşlarının 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır”, - Birrell qeyd edib.

O vurğulayıb ki, AÇG layihəsinin uğuru ümummilli lider Heydər Əliyevin Azərbaycanın enerji sektorunu xarici investisiyalara açmaq strategiyasının nəticəsidir.

Birrell Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə də təşəkkür edərək bildirib ki, ölkədə uzunmüddətli baxışa əsaslanan enerji siyasəti həyata keçirilir.

“Güclü milli tərəfdaş SOCAR, peşəkar tənzimləyici qurumlar və yeni ideyalara açıq yanaşma Azərbaycanın enerji sektorunun inkişafını təmin edib”, - o deyib.

BP rəsmisi bildirib ki, şirkətin Azərbaycanda geniş layihə portfeli mövcuddur. O, xüsusilə 2,9 milyard dollar dəyərində olan “Şahdəniz Kompressiya” layihəsini, “Qarabağ” yatağının işlənməsini və Səngəçal terminalının elektrikləşdirilməsi məqsədilə Cəbrayılda günəş enerjisi layihəsini qeyd edib.

Birrell əlavə edib ki, BP yaxın vaxtlarda Özbəkistanda SOCAR-ın operatorluğu ilə ilk hasilatın pay bölgüsü sazişini imzalayıb və Qazaxıstanda yeni layihələrin inkişaf imkanlarını qiymətləndirir.

“Azərbaycan uzun illərdir Xəzər regionunun əsas enerji istehsalçısıdır. Mən hesab edirəm ki, ölkə bundan da böyük rol oynaya bilər və Mərkəzi Asiya ilə Avropa arasında yeni enerji dəhlizlərinin formalaşmasında mühüm mərkəzə çevrilə bilər”, - o bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol