• $
  • £

Azərbaycan Ukraynaya 11 enerji yardım paketi ayırıb

Azərbaycan Ukraynaya 11 enerji yardım paketi ayırıb
01.06.2026 14:40

Azərbaycan Rusiyanın enerji infrastrukturuna hücumları fonunda Ukraynaya 11 enerji yardım paketi ayırıb. Bunu Ukraynanın energetika naziri Denis Şmıhal Bakı Enerji Həftəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ukraynaya generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar göndərib.

“Bu dəstək bizə ötən qışı keçirməyə kömək etdi. Bu gün isə növbəti qışa hazırlaşmağımıza yardım edir”, - Şmıhal bildirib.

Nazir qeyd edib ki, Rusiya Ukraynanın enerji infrastrukturunu hədəfə almaqla ölkədə sistemli böhran yaratmağa çalışıb, lakin Ukrayna bunun qarşısını ala bilib.

Şmıhal bildirib ki, Ukrayna enerji təhlükəsizliyinin yeni modelini formalaşdırıb. Bu model enerji obyektlərinin deyil, enerji funksiyalarının qorunmasına, sistemin daxilində dayanıqlığın yaradılmasına və regionlar, şəhərlər, xəstəxanalar və sənaye obyektləri səviyyəsində avtonom “enerji hüceyrələri”nin qurulmasına əsaslanır.

Onun sözlərinə görə, Ukrayna və Azərbaycan Avropanın qeyri-Rusiya qazı və neftinə çıxışının genişləndirilməsi istiqamətində birgə mühüm rol oynaya bilər.

“Trans-Balkan marşrutu vasitəsilə Xəzər qazı Avropanın enerji çatışmazlığı yaşayan regionlarına çata bilər. Azərbaycan qazının bu dəhliz üzrə ilk sınaq tədarükləri bu ideyanın reallığa çevrildiyini göstərir”, - Şmıhal deyib.

Nazir əlavə edib ki, Ukrayna təxminən 30 milyard kubmetr tutuma malik Avropanın ən böyük yeraltı qaz anbarlarını təklif edir.

Onun sözlərinə görə, bu əməkdaşlıq Azərbaycana etibarlı təchizatçı rolunu gücləndirməyə, Ukraynaya isə əsas tranzit və xidmət mərkəzi kimi mövqeyini möhkəmləndirməyə imkan verəcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol