• $
  • £

Bayraktar: TANAP-ın ötürmə gücünün 40%-i hələ də istifadə olunmur

Bayraktar: TANAP-ın ötürmə gücünün 40%-i hələ də istifadə olunmur
01.06.2026 14:51

Türkiyənin energetika naziri Alparslan Bayraktar bildirib ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi üçün mövcud infrastrukturdan daha səmərəli istifadə edilməli, yeni enerji bağlantıları yaradılmalıdır.

Bakı Enerji Həftəsində çıxış edən Bayraktar qeyd edib ki, dünya enerji bazarları ardıcıl böhranlarla üzləşir.

“Biz qeyri-müəyyənlik dövründə yaşayırıq. Təchizat zəncirlərinin pozulması, yüksək enerji və xammal qiymətləri, sanksiyalar, ticarət müharibələri, Ukraynadakı müharibə, Yaxın Şərqdəki hadisələr və İran ətrafındakı gərginliklər yeni reallığa çevrilib”, - nazir bildirib.

Onun sözlərinə görə, bu şəraitdə enerji təhlükəsizliyinin əsas iki sütunu diversifikasiya və qarşılıqlı əlaqələrin gücləndirilməsidir.

Bayraktar qeyd edib ki, ilk növbədə mövcud enerji infrastrukturundan tam istifadə olunmalıdır.

“TANAP qaz kəmərinin ötürmə gücünün təxminən 40%-i hələ də boş qalır”, - o bildirib.

Nazir əlavə edib ki, İraq–Türkiyə neft kəməri vasitəsilə gündəlik 1,5 milyon barel neft nəql etmək imkanı mövcuddur.

Onun sözlərinə görə, nisbətən kiçik investisiyalar hesabına mövcud marşrutların ötürmə qabiliyyətini daha da artırmaq mümkündür.

Bayraktar Kərkükdən Bəsrəyədək boru kəmərinin uzadılması layihəsini belə təşəbbüslərdən biri kimi göstərib.

Nazir həmçinin Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə elektrik enerjisi bağlantısı layihəsinə diqqət çəkib.

“Bu layihə Avropaya qədər uzana və hətta Mərkəzi Asiyanı da əhatə edə bilər. Bu, TANAP-ın enerji sistemindəki analoqu olan elektrik enerjisi dəhlizinə çevrilə bilər”, - Bayraktar bildirib.

Onun sözlərinə görə, belə layihələrin həyata keçirilməsi üçün əsas şərt güclü siyasi iradə, öhdəlik və liderlikdir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol