• $
  • £

Gürcüstan Qara dəniz yaşıl enerji layihəsinin növbəti mərhələsinə bu il başlamağı gözləyir

Gürcüstan Qara dəniz yaşıl enerji layihəsinin növbəti mərhələsinə bu il başlamağı gözləyir
01.06.2026 15:47

Qara dəniz vasitəsilə bərpa olunan enerjinin Avropaya ötürülməsini nəzərdə tutan enerji dəhlizi layihəsinin növbəti mərhələsinə bu il başlanması gözlənilir. Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini İnqa Pxaladze bildirib.


Onun sözlərinə görə, hazırda Qara dəniz Yaşıl Enerji Dəhlizi layihəsinin texniki və institusional çərçivəsinin hazırlanması istiqamətində işlər davam edir.


Pxaladze qeyd edib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan tərəfindən irəli sürülən təşəbbüs çərçivəsində 4 000 meqavat gücündə GECO (Green Energy Corridor) layihəsi də inkişaf etdirilir.
"Bu layihə Qara dəniz enerji kabeli layihəsi çərçivəsində əldə olunan təcrübəyə əsaslanacaq və regionun yaşıl enerji potensialının Avropa bazarlarına çıxarılmasına əlavə imkanlar yaradacaq", – o deyib.
Nazir müavini bildirib ki, tərəfdaş ölkələr layihənin Avropa İttifaqının "Qarşılıqlı Maraq Doğuran Layihə" (PMI) statusunu alması istiqamətində də fəaliyyət göstərirlər. Onun sözlərinə görə, belə status layihənin inkişafını sürətləndirə və Avropanın enerji sisteminə inteqrasiyasını asanlaşdıra bilər.


Pxaladze əlavə edib ki, Qara dəniz enerji dəhlizi enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsinə, regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə və bərpa olunan enerji sektorunun inkişafına xidmət edir.


Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan 2022-ci ilin dekabrında Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsini nəzərdə tutan strateji tərəfdaşlıq sazişi imzalayıblar. Layihə gələcəkdə Cənubi Qafqazda istehsal olunacaq yaşıl enerjinin Avropa bazarlarına ixracına imkan yaratmalıdır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol