• $
  • £

Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi regionun enerji inteqrasiyasında əsas layihədir

Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi regionun enerji inteqrasiyasında əsas layihədir
01.06.2026 17:05

Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi regionun enerji inteqrasiyası və Avropa ilə əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazir Mərkəzi Asiya Bərpa Olunan Enerji Forumunda çıxışı zamanı deyib ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təşəbbüsü olan ABREC proqramı Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpa olunan enerji və kritik xammal sahələrində əməkdaşlığı genişləndirir, enerji keçidini sürətləndirir və təchizat təhlükəsizliyini möhkəmləndirir.

Şahbazov bildirib ki, hazırda həyata keçirilən ən mühüm layihələrdən biri Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizidir.

Onun sözlərinə görə, iki il əvvəl Bakıda Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri bu layihə üzrə strateji tərəfdaşlıq sazişi imzalayıblar.

Nazir qeyd edib ki, layihə Prezident İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu vahid geosiyasi məkan kimi formalaşdırmaq istəyibə uyğundur.

“Ölkələrimizin enerji sistemlərini birləşdirəcək Transxəzər Enerji Dəhlizinin yaradılması bu siyasətin əsas prioritetlərinə tam uyğundur”, – Şahbazov deyib.

Nazirin sözlərinə görə, layihə həmçinin Orta Dəhlizin Avropa ilə Asiyanı və Çini Xəzər dənizi vasitəsilə birləşdirən yaşıl enerji körpüsünə çevrilməsinə imkan yaradır.

Şahbazov bildirib ki, mənzil-qərargahı Bakıda yerləşən Green Corridor Alliance birgə müəssisəsi artıq fəaliyyət göstərir və Asiya İnkişaf Bankı (ADB) ilə Avropa İnvestisiya Bankının (EIB) maliyyələşdirdiyi texniki-iqtisadi əsaslandırmanı həyata keçirir.

Nazir əlavə edib ki, Azərbaycanın həyata keçirdiyi iri həcmli bərpa olunan enerji layihələri nəticəsində 2035-ci ilədək ölkənin enerji sistemində bərpa olunan enerji mənbələrinin payının təxminən 43%-ə çatdırılması planlaşdırılır.

Onun sözlərinə görə, Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi ilə yanaşı, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan yaşıl enerji bağlantıları üzərində də intensiv iş aparılır.

Şahbazov vurğulayıb ki, yaşıl enerji dəhlizləri təkcə enerji deyil, həm də rəqəmsal bağlantılar, fiber-optik infrastruktur və iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Nazir bildirib ki, Azərbaycan yaşıl enerji gündəliyinə sadiq qalır və bu gün təqdim olunacaq Dayanıqlı İnkişaf Məqsədi 7 (SDG 7) üzrə Yol Xəritəsi ölkənin dayanıqlı və aşağı karbonlu enerji sisteminə keçid strategiyasını müəyyən edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol