• $
  • £

Türkiyə 2035-ci ilədək günəş və külək enerjisi gücünü 120 giqavata çatdırmağı hədəfləyir

Türkiyə 2035-ci ilədək günəş və külək enerjisi gücünü 120 giqavata çatdırmağı hədəfləyir
01.06.2026 17:15

Türkiyə 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə quraşdırılmış gücünü 120 giqavata çatdırmağı planlaşdırır. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Bakıda keçirilən yüksək səviyyəli enerji forumunda çıxış edən Bayraktar deyib ki, hazırda Türkiyənin ümumi quraşdırılmış enerji gücü 125 giqavatı ötüb və bunun 60%-dən çoxu bərpa olunan enerji mənbələrinin payına düşür.

Nazirin sözlərinə görə, son 20 ildə Türkiyə günəş və külək enerjisi üzrə gücünü sıfıra yaxın səviyyədən 41 giqavata qədər artırıb.

“Martda ölkənin elektrik enerjisi istehsalı təxminən 30 teravat-saat olub və bunun üçdə ikisi bərpa olunan enerji mənbələrinin hesabına təmin edilib”, – Bayraktar bildirib.

O qeyd edib ki, 2035-ci ilədək nəzərdə tutulan 120 giqavatlıq hədəfə 5 giqavat dənizüstü külək enerjisi layihələri də daxildir.

Bayraktar bildirib ki, bu həcmdə enerjinin təhlükəsiz şəkildə şəbəkəyə inteqrasiyası üçün Türkiyə genişmiqyaslı enerji ötürmə infrastrukturu layihələri həyata keçirməyi planlaşdırır.

Onun sözlərinə görə, ölkə 40 giqavat ötürmə qabiliyyətinə malik təxminən 15 min kilometr HVDC xətti və əlavə 15 min kilometr ənənəvi AC elektrik xətti inşa etməyi nəzərdə tutur.

Nazir qeyd edib ki, bu “yaşıl şəbəkə” layihələrinin ümumi dəyəri təxminən 28 milyard dollar təşkil edəcək.

Bayraktar əlavə edib ki, Türkiyə günəş enerjisi avadanlıqlarında 75%, külək enerjisi avadanlıqlarında isə 70%-dən çox lokallaşdırma səviyyəsinə nail olub.

“Biz tender modellərimizi, institusional təcrübəmizi və sənaye biliklərimizi qonşu ölkələrlə bölüşməyə hazırıq”, – nazir bildirib.

Onun sözlərinə görə, enerji keçidinin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutları və özəl investorların daha fəal iştirakı vacibdir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır
İqtisadiyyat 14:09
ADY Çindən yeni yük və sərnişin lokomotivləri alır

Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
İqtisadiyyat 12:10
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib
İqtisadiyyat 11:23
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə göndərilib
"Brent" neft ucuzlaşıb
İqtisadiyyat 09:44
"Brent" neft ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:42
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Mərdəkanda dənizdə 4 nəfər boğulub - Yenilənib
İqtisadiyyat 17:00
Mərdəkanda dənizdə 4 nəfər boğulub - Yenilənib
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
İqtisadiyyat 15:57
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir

Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? -AÇIQLAMA
İqtisadiyyat 11:51
Bu il Azərbaycan nə qədər qızıl ixrac edib? -AÇIQLAMA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol