• $
  • £

BP: AÇG-də hasilatın azalması 3%-ə endirilib

BP: AÇG-də hasilatın azalması 3%-ə endirilib
02.06.2026 10:17

BP Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilatın azalmasını illik təxminən 3% səviyyəsində saxlaya bilib ki, bu da oxşar yataqlar üzrə sənaye göstəricisi olan 5-6%-dən xeyli aşağıdır. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli bildirib.

Onun sözlərinə görə, nəticə 4D seysmik tədqiqatlar, süni intellekt və müasir qazma texnologiyalarının tətbiqi hesabına əldə olunub.

“Bu ölçüdə yataqlar üçün hasilatın təbii azalması adətən ildə 5-6% təşkil edir. AÇG-də isə bu göstərici təxminən 3%-dir ki, bu da sənayedə ən yaxşı nəticələrdən biridir”, - Kristofoli Bakı Enerji Həftəsində deyib.

O bildirib ki, BP laydakı maye hərəkətini izləməyə imkan verən beşillik 4D seysmik proqram həyata keçirir. Kristofolinin sözlərinə görə, bu, şirkətin tarixində ən iri seysmik proqramlardan biridir.

BP, SOCAR və digər tərəfdaşlar tərəfindən Azərbaycanda yaradılmış süni intellekt şirkəti seysmik məlumatların emalı, səs-küyün təmizlənməsi və geoloji məlumatların keyfiyyətinin artırılması ilə məşğul olur.

Kristofoli qeyd edib ki, süni intellekt texnologiyalarının tətbiqi yeni quyuların layihələndirilməsi müddətini təxminən 300 gündən 50 günə endirməyə imkan verib.

BP həmçinin geonaviqasiya və horizontal qazma texnologiyalarından istifadə etməklə quyuların daha dəqiq yerləşdirilməsinə və ehtiyatların çıxarılma əmsalının artırılmasına nail olur.

Şirkət Abşeron və Qarabağ layihələri üzərində işləri davam etdirir, həmçinin əvvəllər Şimal dənizi və Meksika körfəzində tətbiq olunmuş yeni mühəndis həllərini Xəzərdə tətbiq edir.

N.Tebrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol