• $
  • £

TotalEnergies Abşeronun ikinci mərhələsinin icrasına ilin sonunadək başlamağı planlaşdırır

TotalEnergies Abşeronun ikinci mərhələsinin icrasına ilin sonunadək başlamağı planlaşdırır
02.06.2026 12:45

TotalEnergies Abşeron qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi üzrə tender mərhələsindədir və layihənin icrasına bu ilin sonunadək başlamağı planlaşdırır. Bunu TotalEnergies Azerbaijan şirkətinin rəhbəri Emmanuel de Giybon bildirib.

Onun sözlərinə görə, ikinci mərhələ üzrə yataq tədqiqatları artıq tamamlanıb.

İkinci mərhələ üç yeni quyunun dənizaltı işlənməsini nəzərdə tutur. Hər bir quyudan gündə təxminən 40 min barel neft ekvivalenti hasil ediləcək ki, bunun da 70%-i qazın, 30%-i isə kondensatın payına düşəcək.

Layihə məhsulun yataqdan birbaşa sahilə nəql edilməsi üçün 140 kilometrlik boru kəmərinin tikintisini nəzərdə tutur. Bu zaman dənizdə hasilat platformalarından istifadə olunmayacaq.

De Giybon bildirib ki, qazın bir hissəsi Cənubi Qafqaz Boru Kəməri (SCP) vasitəsilə Türkiyəyə ixrac ediləcək, digər hissəsi isə Azərbaycanın daxili bazarına yönəldiləcək.

“Dünən BOTAS ilə qaz satışı müqaviləsi imzaladıq”, - o deyib.

Onun sözlərinə görə, üç yeni quyu mövcud erkən hasilat mərhələsindəki gündəlik 40 min barel neft ekvivalenti hasilata əlavə olaraq təxminən 120 min barel neft ekvivalenti hasilat təmin edəcək.

De Giybon qeyd edib ki, şirkət SOCAR və XRG ilə birlikdə gələcəkdə əlavə quyuların qazılması imkanlarını araşdırır.

“Abşeron çox böyük yataqdır. Gələcəkdə əlavə quyuların qazılacağına ümid edirik, lakin bu planlar hələlik işlənmə mərhələsindədir”, - o bildirib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol