• $
  • £

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirib
02.06.2026 13:46

Sərfəli mobil operator “Nar”ın dəstəyi ilə Peşə Əmək Reabilitasiya Mərkəzində “JestPlus” mobil tətbiqinin istifadəsinə həsr olunmuş maarifləndirici görüş keçirilib. Tədbirdə 30 eşitmə və nitq məhdudiyyətli şəxs iştirak edib. Görüşün məqsədi iştirakçıları “JestPlus” mobil tətbiqinin istifadə qaydaları və təqdim etdiyi imkanlarla tanış etmək olub.

Azərbaycanda ilk dəfə jest dilinin öyrənilməsi üçün yaradılan “JestPlus” tətbiqi istifadəçilərə interaktiv dərslər, testlər və praktiki tapşırıqlar vasitəsilə jest dilini sistemli şəkildə mənimsəməyə imkan verir. Tətbiq eşitmə və nitq məhdudiyyətli şəxslərin ünsiyyət imkanlarının genişləndirilməsinə, inklüzivliyin təşviqinə və jest dilinin daha geniş auditoriya üçün əlçatan olmasına xidmət edir. Bu mühüm sosial layihə “Nar”la yanaşı, ADA Universiteti və ADA Universiteti Fondunun, bp və onun tərəfdaşlarının dəstəyi ilə reallaşdırılıb. Qeyd edək ki, “JestPlus” tətbiqini “App Store” və “Google Play” platformalarından yükləmək mümkündür.

Tədbirdə Peşə Əmək Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətli, “Karlara Dəstək” İctimai Birliyinin sədr müavini Heydər Rəhimli, “Nar”ın Koprorativ sosial məsuliyyət və sponsor layihələri üzrə eksperti Nuranə Əliyeva və ADA Universitetinin nümayəndəsi, “JestPlus” layihəsinin texniki məsələlər üzrə rəhbəri Amir Adamov çıxış edərək rəqəmsal inklüzivliyin və əlçatan təhsil imkanlarının əhəmiyyətini vurğulayıblar. İnteraktiv formatda keçirilən görüş zamanı iştirakçılara tətbiqin funksiyaları nümayiş etdirilib, onların sualları cavablandırılıb və tətbiqdən istifadə ilə bağlı praktiki tövsiyələr təqdim olunub.

“Nar” cəmiyyətin müxtəlif qrupları üçün bərabər imkanların yaradılmasına və rəqəmsal əlçatanlığın artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə davam edir.

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol