• $
  • £

Çingiz Hacıyev: Qaz tələbatı, infrastruktur və tərəfdaşlıq dayanıqlı enerji strategiyasının əsas elementləridir

Çingiz Hacıyev: Qaz tələbatı, infrastruktur və tərəfdaşlıq dayanıqlı enerji strategiyasının əsas elementləridir
02.06.2026 14:53

Qlobal enerji bazarında uzunmüddətli və dayanıqlı strategiyanın əsasını qaza artan tələbat, mövcud infrastruktur və güclü tərəfdaşlıq təşkil edir. Bunu BP şirkətinin Xəzər regionu üzrə biznesin inkişafı üzrə vitse-prezidenti Çingiz Hacıyev Bakıda keçirilən enerji tədbirində bildirib.

Onun sözlərinə görə, dünyada əhalinin artması, sənayeləşmə və elektrikləşmə enerji tələbatını artıran əsas amillərdir.

“Qaz enerji balansından sıxışdırılıb çıxarılmır, əksinə, onun strateji əhəmiyyəti artır. Bu baxımdan tələbat dayanıqlı strategiyanın birinci mühüm elementidir”, – Hacıyev deyib.

BP rəsmisi bildirib ki, geosiyasi qeyri-sabitliyin artdığı bir dövrdə enerji infrastrukturunun rolu daha da güclənir.

“Bu gün torpağın altında olan boru kəmərinin dəyəri beş və ya on il əvvəlkindən daha yüksəkdir. Qaz sadəcə yanacaq deyil, o, iqtisadiyyatları, sənaye sahələrini və ölkələri birləşdirən strateji vasitədir. Bu əlaqə isə yalnız infrastruktur olduqda real məzmun qazanır”, – o qeyd edib.

Hacıyev xatırladıb ki, təxminən 30 il əvvəl Azərbaycan hökuməti, SOCAR, BP və tərəfdaşlar Xəzər dənizindən Cənubi Avropaya uzanan təxminən 3 500 kilometrlik enerji dəhlizinin yaradılması barədə strateji qərar qəbul ediblər.

“Bir çoxları həmin layihənin iqtisadi baxımdan səmərəli olmayacağını düşünürdü. Lakin bu infrastruktur yaradıldı və bu gün həmin sistem geosiyasi qeyri-sabitliklərə qarşı dayanıqlılığı təmin edir”, – BP rəsmisi bildirib.

Onun sözlərinə görə, uzunmüddətli qaz layihələrinin uğurunun üçüncü əsas şərti tərəfdaşlıqdır.

“Qaz layihələri siyasi dövrlərdən daha uzunömürlüdür. Bu layihələrin əsasında qarşılıqlı etimad və hər bir tərəfin sistemdə real marağı dayanır. Cənub Qaz Dəhlizi bunun ən yaxşı nümunəsidir”, – Hacıyev deyib.

O bildirib ki, tələbat, infrastruktur və tərəfdaşlıq gələcəkdə də Avropanın enerji təhlükəsizliyi üçün əsas amillər olaraq qalacaq.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol