• $
  • £

Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olundu

Küləkli havada avtomobillərin qapalı məkanlarda park olunması tövsiyə olundu
02.06.2026 15:11

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Bu barədə BDYPİ məlumat yayıb.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən bu gün Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

BDYPİ intensiv yağışlardan sonra növbəti əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Həmçinin, piyadalar da mövcud hava şəraitini nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:43
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycanın sabiq məhkəmə sədri İkram Kərimov vəfat edib
Cəmiyyət 10:06
Azərbaycanın sabiq məhkəmə sədri İkram Kərimov vəfat edib
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq
Cəmiyyət 09:55
Bu gün dövlət qulluğuna qəbul üzrə test imtahanı olacaq
Lerikdə zəlzələ olub
Cəmiyyət 23:00
Lerikdə zəlzələ olub
Sumqayıtda evdə yanğın olub
Cəmiyyət 22:30
Sumqayıtda evdə yanğın olub
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Cəmiyyət 21:30
Ötən gün bəzi ərazilərə yağış yağıb, külək əsib
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Cəmiyyət 18:30
Azərbaycanda ötən gün 8 odlu silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Cəmiyyət 17:35
Həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verilib
Sabah çimərliklərdə hava necə olacaq?
Cəmiyyət 16:12
Sabah çimərliklərdə hava necə olacaq?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol