• $
  • £

XRG şirkəti Abşeron yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarını yaxın aylarda verməyi planlaşdırır

XRG şirkəti Abşeron yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarını yaxın aylarda verməyi planlaşdırır
02.06.2026 15:16

XRG şirkəti (BƏƏ-nin dövlət enerji
şirkəti olan ADNOC tərəfindən 2024-cü ildə yaradılmış beynəlxalq enerji investisiya şirkəti) Azərbaycanın enerji sektorunu strateji investisiya istiqamətlərindən biri hesab edir və Abşeron qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarını yaxın aylarda qəbul etməyi planlaşdırır.
Bu barədə XRG-nin Azərbaycan üzrə ölkə meneceri Tolga Demir Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, dünya əhalisinin artması, iqtisadi inkişaf və süni intellekt texnologiyalarının sürətli yayılması enerji tələbatını artırır və bu şəraitdə təbii qaz qlobal enerji sistemində mühüm rol oynamaqda davam edir.

Demir qeyd edib ki, XRG beynəlxalq enerji investisiyaları platforması kimi təbii qaz, kimya sənayesi və enerji həlləri istiqamətlərində fəaliyyətini genişləndirir. Şirkət uzunmüddətli kapitalı yüksək keyfiyyətli enerji aktivlərinə yönəldərək müxtəlif bazar dövrlərində dayanıqlı gəlirlilik yaratmağa çalışır.

O bildirib ki, XRG hazırda Trans-Anadolu Qaz Boru Kəmərində (TANAP) 12,5 faiz paya malikdir. Layihə Azərbaycan qazının Türkiyə və Avropa bazarlarına çatdırılmasında mühüm rol oynayır.

“Azərbaycan bizim üçün strateji bazarlardan biridir. SOCAR və TotalEnergies ilə birlikdə iştirak etdiyimiz Abşeron layihəsi XRG-nin beynəlxalq qaz portfelində əsas aktivlərdən biridir”, – Demir bildirib.

Onun sözlərinə görə, hazırda yatağın birinci mərhələsi çərçivəsində gündə təxminən 4 milyon kubmetr qaz və 12 min barel kondensat hasil edilir.

Demir bildirib ki, tammiqyaslı işlənmə layihəsi çərçivəsində ən azı üç yeni quyunun qazılması nəzərdə tutulur.

“Layihə üzrə yekun investisiya qərarının yaxın aylarda qəbul olunmasını gözləyirik. İlk qazın 2029-cu ilin avqustunda əldə olunmasını hədəfləyirik”, –  o qeyd edib.

XRG rəsmisinin sözlərinə görə, layihə 143 kilometrlik sualtı ixrac xəttinin çəkilməsini nəzərdə tutur və dərin sularda qaz hasilatı sahəsində mühüm texnoloji imkanlar yaradacaq.

Demir əlavə edib ki, XRG dünyanın müxtəlif regionlarında qaz və LNG layihələrini inkişaf etdirir. Şirkət Misirin Zohr yatağında, Argentinanın LNG layihələrində və Mozambikdə yeni qaz təşəbbüslərində iştirak edir.

“Biz uzunmüddətli tərəfdaşlıqlara əsaslanırıq. Azərbaycan və SOCAR XRG üçün strateji və etibarlı tərəfdaşlardır”, –  Demir vurğulayıb.


Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol