• $
  • £

Əfqan İsayev: SOCAR 2035-ci ilə qədər enerji şirkətinə çevrilməyi hədəfləyir

Əfqan İsayev: SOCAR 2035-ci ilə qədər enerji şirkətinə çevrilməyi hədəfləyir
02.06.2026 16:28

SOCAR 2035-ci ilə qədər yalnız neft-qaz şirkəti deyil, karbohidrogen və aşağı karbonlu bizneslərdən ibarət balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməyi hədəfləyir.
Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev Bakı Enerji Forumunda bildirib.

Onun sözlərinə görə, şirkət 2025-ci ildə kəşfiyyat və ümumi inkişaf strategiyasına yenidən baxıb.

Yeni strategiya üç əsas istiqamət üzərində qurulub: mövcud fəaliyyətlərin dekarbonizasiyası, təşkilati transformasiya və bərpa olunan enerji kimi aşağı karbonlu biznes sahələrinin inkişafı.

İsayev qeyd edib ki, aşağı karbonlu enerji sahəsində imkanların sıfırdan yaradılması uzun müddət tələb etdiyindən SOCAR beynəlxalq tərəfdaşlarla əməkdaşlıq yolunu seçib.

“Bu məqsədlə 2024-cü ilin martında SOCAR Green şirkətini yaratdıq. Masdar, BP, China Energy və Power China kimi tərəfdaşlarımızın dəstəyi ilə bərpa olunan enerji və enerji saxlama texnologiyaları sahəsində imkanlarımızı sürətlə inkişaf etdiririk”,- o bildirib.

SOCAR-ın vitse-prezidenti bildirib ki, şirkətin bərpa olunan enerji sahəsində növbəti prioritet istiqamətlərindən biri Azərbaycanın geotermal enerji potensialının araşdırılmasıdır.

Onun sözlərinə görə, Energetika Nazirliyi geotermal enerji layihələrinin inkişafı üçün normativ-hüquqi bazanın, tarif mexanizmlərinin və risklərin bölüşdürülməsi sisteminin formalaşdırılmasına dəstək verir.

“Geotermal enerji layihələri artıq 2025-ci ilin sosial-iqtisadi inkişaf proqramına daxil edilib və biz yaxın gələcəkdə bu potensialdan istifadə etməyə başlayacağımıza ümid edirik”, – İsayev vurğulayıb.

Əfqan İsayev həmçinin bildirib ki, SOCAR regionlararası elektrik enerjisi mübadiləsini nəzərdə tutan beynəlxalq layihələrdə iştirakda maraqlıdır və hazırda texniki-iqtisadi əsaslandırmaların nəticələrini gözləyir.

“SOCAR Gürcüstan, Türkiyə və bir sıra digər ölkələrdə fəaliyyət göstərir. Hesab edirik ki, həmin ölkələrdəki imkanlarımızdan istifadə etməklə bu layihələrin səmərəli və effektiv şəkildə həyata keçirilməsinə töhfə verə bilərik”, – o əlavə edib.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol