• $
  • £

Arktikada dəyişikliklər sürətlənir – AREA rəsmisi iqlim risklərindən danışıb

Arktikada dəyişikliklər sürətlənir – AREA rəsmisi iqlim risklərindən danışıb
02.06.2026 16:42

İqlim dəyişikliyi indiyədək müşahidə olunan ən böyük və ən sürətli dəyişikliklərə səbəb olub. Bunu Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktor müavini Rəna Hümbətova Bakı Enerji Həftəsində bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin təsiri nəticəsində Arktikanın ekosistemləri və ətraf mühiti sürətlə transformasiya olunur, bu isə regionda yeni ekoloji və sosial təsirlər yaradır.

Hümbətova qeyd edib ki, iqlim dəyişikliklərinin ətraf mühitə təsiri Arktikada ən mühüm ekoloji amillərdən biri olaraq qalır və bu proseslərin monitorinqi xüsusi əhəmiyyət daşıyır.

O vurğulayıb ki, milli səviyyədə iqlim dəyişikliklərinin təsirlərinin qiymətləndirilməsi və onlara uyğunlaşma istiqamətində artıq müəyyən işlər həyata keçirilir.

Hümbətovanın sözlərinə görə, iqlim dəyişikliklərinin izlənilməsi və onların nəticələri ilə mübarizə üçün hüquqi və institusional çərçivənin formalaşdırılması vacibdir.

O əlavə edib ki, bu çərçivə iqlim dəyişikliklərinin monitorinqi və onlara qarşı tədbirlərin həyata keçirilməsi üçün əsas baza rolunu oynayır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol