• $
  • £

Huawei rəsmisi: Data mərkəzlərində yaşıl enerjidən istifadə sürətlə artır

Huawei rəsmisi: Data mərkəzlərində yaşıl enerjidən istifadə sürətlə artır
02.06.2026 17:39

Son illərdə data mərkəzlərinin enerji təminatında bərpa olunan enerji mənbələrinin rolu əhəmiyyətli dərəcədə artıb. Bunu Bakı Enerji Forumunda Huawei şirkətinin Baş Biznes İnkişaf Meneceri Cavid Alifli bildirib.

Onun sözlərinə görə, ABŞ-da 2020-ci ildə yaşıl enerji data mərkəzlərinin elektrik tələbatının cəmi 20%-ni qarşılayırdısa, 2024-cü ildə bu göstərici 24%-ə yüksəlib. Sonrakı dövrdə artım daha da sürətlənərək 2026-cı ildə 33%-ə çatıb.

“Cəmi bir neçə il ərzində yaşıl enerjinin data mərkəzlərinin enerji təminatındakı payı nəzərəçarpacaq dərəcədə artıb. Bu tendensiya davam edir və göstəricilər hər ay yüksəlir”, – Alifli deyib.

Huawei rəsmisi qeyd edib ki, əvvəllər bu prosesin ləng getməsinin əsas səbəbi bərpa olunan enerji mənbələrinin data mərkəzlərinə inteqrasiyası üçün zəruri texnoloji həllərin kifayət qədər inkişaf etməməsi idi.

Onun sözlərinə görə, hazırda batareya enerji saxlama sistemləri, ağıllı şəbəkələr və müasir invertor texnologiyaları günəş və külək enerjisinin data mərkəzlərinə fasiləsiz inteqrasiyasını təmin edir.

“Bu texnologiyalar sayəsində data mərkəzləri ehtiyat enerji mənbələri kimi dizel generatorlarından daha az istifadə edir və enerji təchizatının etibarlılığı artır”, – o vurğulayıb.

Alifli əlavə edib ki, süni intellekt və rəqəmsal xidmətlərə tələbatın artması fonunda enerji səmərəliliyi və yaşıl enerji həlləri data mərkəzlərinin inkişafında əsas istiqamətlərdən birinə çevrilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol