FIFA 2026 finalını yerindəizləmək fürsəti sahibinətəqdim edildi–Birbank vəVisa-nın kampaniyası yekunlaşdı
Ölkənin ilk rəqəmsal bankı Birbank və Visa şirkətinin birgə həyata keçirdiyi Birbank-la “FIFA 2026 Final Oyunu” kampaniyasının nəticələri açıqlanıb. Kampaniyanın şərtlərinə tam cavab verən iştirakçı futbol üzrə dünyanın ən möhtəşəm idman hadisələrindən birini yerində izləmək imkanı əldəedib.
Şanslı iştirakçı FIFA 2026 final oyununa 2 nəfərlik biletlə yanaşı, ABŞ-yə tam təşkil olunmuş səyahət paketinin sahibi olub. Paketə 4 gecəlik yerləşmə, hava limanı transferləri, oyun və tədbirlərənəqliyyat xidməti daxildir. Beləliklə, o, dünya futbolunun ən möhtəşəm anlarından birini rahat vəunudulmaz şəkildə yaşamaq fürsəti qazanıb.
Təşkil olunan mükafatlandırma mərasimindəhədiyyə rəsmi olaraq qalibə təqdim olunub. Tədbirdə Birbank və Visa nümayəndələri iştirak ediblər.
Mükafatın sahibi Ş.Məmmədli sevincini bölüşərək bildirib: "Futbol üzrə Dünya Çempionatının finalını stadiondan izləmək mənim üçün inanılmaz fürsətdir. Üstəlik, səfərin bütün təşkilati detallarının düşünülməsi bu təcrübəni daha da xüsusi edir. Bu, həyatım boyu yaşadığım unudulmaz təcrübələrdən biri olacaq".
Xatırladaq ki, kampaniya şərtlərinə əsasən qalib yeni Birbank Visa taksit kartı əldə edən vəBirmarket platformasında alış-veriş edən iştirakçılar arasında ən yüksək alış-veriş dövriyyəsinə sahib müştəri seçilib.
Lotereyanın qalibi haqqında məlumat: www.b-b.az/xfhwdL
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi iləmüştərilərinin xidmətindədir. Bankın məhsul vəxidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə vəya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.