• $
  • £

Azərbaycan İKT ixracını 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycan İKT ixracını 1 milyard dollara çatdırmağı hədəfləyir
09.06.2026 10:18

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda illik ixrac həcmini hazırkı 145 milyon dollardan 1 milyard dollara çatdırmağı planlaşdırır. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanlı bildirib.

"Rəqəmsal gündəliyimizin başlıca göstəriciləri məhz 2030-cu ilə qədər, ıı, ölkəmizdə İKT sektorunun həcmini,  2.3 milyard dollar həcmindən iki dəfə artırılmasıdır", - o bildirib.


Onun sözlərinə görə, bu hədəf 2026-2030-cu illəri əhatə edən Rəqəmsal İnkişafın Sürətləndirilməsi üzrə Fəaliyyət Planında öz əksini tapıb.

Osmanlı qeyd edib ki, strategiya çərçivəsində ölkənin İKT sektorunun həcminin hazırkı 2,5 milyard dollardan iki dəfə artırılması və Azərbaycanın regional rəqəmsal haba çevrilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, proqramın əsas istiqamətləri rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt, innovasiyalar və kibertəhlükəsizlik sahələrinin inkişafıdır.

Agentlik rəhbəri bildirib ki, bu prosesdə My.gov platforması əsas rəqəmsal infrastruktur rolunu oynayacaq. Son bir ildə platformanın istifadəçi bazası təxminən üç dəfə artaraq 1,7 milyonu keçib, təqdim olunan xidmətlərin sayı isə 11 dəfə artıb.

Osmanlı əlavə edib ki, yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması, startapların, vençur fondlarının və texnoparkların inkişafını dəstəkləyən yeni mexanizmlərin tətbiqi planlaşdırılır.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol