• $
  • £

Neft gəlirlərdən asılılıq azalır - Maliyyə naziri

Neft gəlirlərdən asılılıq azalır - Maliyyə naziri
09.06.2026 11:53

Azərbaycanın neft gəlirlərindən asılılığı azalmaqda davam edir, cari xərclərin qeyri-neft gəlirləri hesabına maliyyələşdirilməsi üzrə göstərici 2025-ci ildə 92%-ə çatıb. Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu göstərici proqnozdan 7,5 faiz bəndi çoxdur.

 Hökumətin 2029-cu il üçün hədəfi cari xərclərin tam şəkildə, yəni 100% qeyri-neft gəlirləri hesabına örtülməsidir.

Babayev bildirib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2% təşkil edib. Bu, 2024-cü illə müqayisədə 2,8 faiz bəndi çoxdur. 

2029-cu ilədək bu göstəricinin 69%-ə çatdırılması hədəflənir.

Onun sözlərinə görə, icmal büdcənin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti 28,7% olub.

Nazir bildirib ki, icmal büdcənin qeyri-neft baza kəsiri qeyri-neft ÜDM-in 18,6%-i səviyyəsində formalaşıb. 

Bu, müəyyən edilmiş hədəf göstəricisindən 3,5 faiz bəndi, 2024-cü illə müqayisədə isə 1,4 faiz bəndi azdır.

“Bu göstəricilər neft gəlirlərindən asılılığın mərhələli şəkildə azaldığını və fiskal dayanıqlığın gücləndiyini göstərir,” Babayev bildirib.

Nazirin sözlərinə görə, büdcə xərcləri səmərəli, ünvanlı və mövcud ehtiyaclara uyğun şəkildə icra olunub.
Babayev qeyd edib ki, regionların dövlət büdcəsindən asılılığı da azalmaqda davam edir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüşün qiyməti artıb
İqtisadiyyat 09:44
Qızıl və gümüşün qiyməti artıb

Azərbaycan neftinin qiyməti 117 dolları keçib
İqtisadiyyat 09:43
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
Astara Terminalında yük aşırılması 30 % artıb
İqtisadiyyat 15:19
Astara Terminalında yük aşırılması 30 % artıb
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
İqtisadiyyat 12:42
Azercell-ə layihə təklifi göndərmək üçün son 8 gün
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
İqtisadiyyat 12:38
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: “Biznesdə birlikdə” proqramına start verildi
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
İqtisadiyyat 10:52
Azərbaycanın səhm bazarında kapitallaşma 3,65 mlrd manata çatıb
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
İqtisadiyyat 10:45
Azərbaycanda istiqraz yerləşdirmələrinin həcmi II rübdə 41 milyon manata çatıb
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
İqtisadiyyat 09:42
“Azeri Light” neftinin qiyməti 4,53% ucuzlaşıb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol