• $
  • £

FTB Ağ Evdə keçirilən UFC turnirinə planlaşdırılan hücumun qarşısını alıb

FTB Ağ Evdə keçirilən UFC turnirinə planlaşdırılan hücumun qarşısını alıb
17.06.2026 09:30

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ağ Evin ərazisində keçirilən UFC America 250 turnirinə qarşı planlaşdırılan hücumun qarşısını aldığını açıqlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi çoxştatlı əməliyyat nəticəsində hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb.

Məhkəmə sənədlərinə əsasən, şübhəlilər partlayıcı maddələrlə yüklənmiş dronlarla Ağ Ev yaxınlığında zərbələr endirməyi, daha sonra isə yaranacaq panikadan istifadə edərək qaçan insanlara snayperlərlə atəş açmağı planlaşdırıblar.

FTB direktoru Keş Patel bildirib ki, qurum iyunun 10-da potensial təhlükə barədə məlumat alıb və tərəfdaş qurumlarla birlikdə əməliyyat keçirərək planlaşdırılan hücumu vaxtında dayandırıb.

İstintaqın başlanmasına 19 yaşlı Taysen Propperin anasının polisə müraciəti səbəb olub. O, oğlunun silahlar əldə etməsi və şübhəli şəxslərlə internet üzərindən əlaqə saxlaması barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Sonradan Propperin FTB-yə planlaşdırılan hücum barədə məlumat verdiyi bildirilir.

Tədbirdə ABŞ prezidenti Donald Trump də iştirak edib və yarış insidentsiz başa çatıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb
Dünya 12:12
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb
Qazaxıstanda parlament seçkiləri keçirilir
Dünya 09:10
Qazaxıstanda parlament seçkiləri keçirilir
Tramp Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən xəritə paylaşıb
Dünya 08:53
Tramp Hörmüz boğazını "ABŞ-nin yeni ərazisi" kimi göstərən xəritə paylaşıb
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Dünya 23:58
Hindistan sahillərində yük gəmisi batıb; onlarla insan itkin düşüb
Yaponiyada 5,9 maqnitudalı zəlzələ olub
Dünya 22:30
Yaponiyada 5,9 maqnitudalı zəlzələ olub
ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkəyə viza qadağasını ləğv edib
Dünya 20:36
ABŞ Azərbaycan da daxil olmaqla 75 ölkəyə viza qadağasını ləğv edib
İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
Dünya 20:04
İsrail Ordusu Qəzzada HƏMAS-ın bölük komandirini zərərsizləşdirib
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb
Dünya 15:27
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 87 nəfərə çatıb
Almaniya XİN başçısı Kiyevdə səfərdədir
Dünya 11:13
Almaniya XİN başçısı Kiyevdə səfərdədir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol