• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir ilkin səhiyyə xidməti ilə bağlı məsələyə münasibət bildirib

Nazir ilkin səhiyyə xidməti ilə bağlı məsələyə münasibət bildirib
30.06.2026 11:44

Azərbaycanda ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və erkən diaqnostika imkanlarının artırılması uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini yüksəldəcək. Bunu maliyyə naziri Sahil Babayev deyib.

Babayev Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi, tibbi xidmətlərin əhatə dairəsinin artırılması, xidmətlər zərfinin genişləndirilməsi və ailə həkimi institutunun formalaşdırılması istiqamətində tədbirlər görülür.

Nazirin sözlərinə görə, 2026-2028-ci illərdə ilkin səhiyyənin profilaktik və erkən diaqnostika funksiyalarının gücləndirilməsi nəzərdə tutulur.

“Bu da öz növbəsində ümumi səhiyyə sisteminin yükünü azaltmaqla yanaşı, uzunmüddətli dövrdə dövlətin səhiyyə xərclərinin səmərəliliyini artıracaq”, - Babayev bildirib.

O əlavə edib ki, icbari tibbi sığorta fondu hesabına irsi və nadir uşaq xəstəliklərinin müalicəsi, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, uşaqların icbari dispanserizasiyası və uşaqlarda kistoz fibroz xəstəliyinə qarşı tədbirlər maliyyələşdirilir.

Nazir həmçinin bildirib ki, dövlət büdcəsi hesabına uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına cari ildə hesabat ili ilə müqayisədə 6 faiz çox vəsait proqnozlaşdırılıb.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol