• $
  • €
  • ₽
  • ₺
  • £

Deputat psixiatrik yardım qanununda şəxsi məlumatların qorunmasını gücləndirməyi təklif edib

Deputat psixiatrik yardım qanununda şəxsi məlumatların qorunmasını gücləndirməyi təklif edib
30.06.2026 12:16

Milli Məclisin deputatı Vasif Qafarov "Psixiatrik yardım haqqında" qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı elektron sağlamlıq məlumatlarının qorunması, məcburi hospitalizasiya və psixiatrik tədbirlərin tətbiqi ilə bağlı bir sıra müddəaların daha dəqiq tənzimlənməsini təklif edib.

Deputat bildirib ki, qanun layihəsində elektron sağlamlıq kartında saxlanılan məlumatların anonimləşdirilmiş formada istifadəsi nəzərdə tutulsa da, həmin məlumatların saxlanma müddəti, onlara çıxış qaydaları, mühafizə mexanizmləri və qanunsuz istifadəyə görə məsuliyyət kifayət qədər ətraflı müəyyən edilməyib.

Onun sözlərinə görə, psixi sağlamlıqla bağlı məlumatlar xüsusi kateqoriyalı şəxsi məlumatlar hesab olunduğundan onların qorunması üçün daha yüksək hüquqi təminatlara ehtiyac var.

Qafarov layihədə istifadə olunan "dərhal məlumat verilir" ifadəsinin də hüquqi baxımdan konkretləşdirilməsini təklif edib. O bildirib ki, bu anlayışın vaxt meyarının müəyyən edilməməsi praktikada fərqli yanaşmalara səbəb ola bilər və məlumatın, məsələn, üç saat və ya 24 saat ərzində təqdim olunması kimi konkret müddət müəyyənləşdirilməsi məqsədəuyğun olardı.

Deputat həmçinin qeyd edib ki, layihədə təhlükəsizlik məqsədilə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin maksimum müddəti, onların tətbiqi qaydaları, həkim komissiyası tərəfindən dövri qiymətləndirilməsi və nəzarət mexanizmləri dəqiq əksini tapmayıb. Onun fikrincə, bu müddəaların qanunvericilikdə göstərilməsi insan hüquqlarının müdafiəsini gücləndirə bilər.

Qafarov prokurorun qəbul etdiyi qərarların forması, həmin qərarlardan şikayət verilməsi və məhkəmə nəzarətinin həyata keçirilməsi mexanizmlərinin də layihədə daha ətraflı tənzimlənməsini təklif edib.

Deputat əlavə edib ki, qanunda psixiatrik yardım alan şəxslərin hüquqi yardım almaq, müstəqil həkim cəlb etmək, yaxın qohumları ilə əlaqə saxlamaq, psixoloji dəstək almaq və qəbul edilmiş qərarlardan şikayət vermək hüquqları ayrıca təminat kimi təsbit edilməlidir.

Onun təklifləri arasında elektron sağlamlıq kartına çıxış və audit mexanizmlərinin yaradılması, məcburi hospitalizasiya edilən şəxslərin müəyyən müddətdən sonra təkrar psixiatrik müayinədən keçirilməsi, psixiatriya müəssisələri ilə məhkəmələr arasında elektron məlumat mübadiləsi sisteminin qurulması, həmçinin məcburi hospitalizasiya və digər məcburi tədbirlərlə bağlı anonim statistik məlumatların mütəmadi ictimaiyyətə açıqlanması da yer alıb. Bu addımların qanunun tətbiqinin səmərəliliyinin qiymətləndirilməsinə və gələcək islahatların əsaslandırılmasına xidmət edəcəyi vurğulanıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Cəmiyyət 15:18
Azərbaycan, Ermənistan və Gürcüstan səfirləri İtaliyada bir araya gəlib
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb
Cəmiyyət 15:07
Qonşu yaxınlıq anlamına gəlmir - deputat qonşu münasibətlərindən danışıb

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Cəmiyyət 14:35
DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ
Cəmiyyət 13:30
Jurnalistlərə fiziki təzyiq göstərilməsi yolverilməzdir - MŞ

ADY qatarlarında 800-dən çox əşya unudulub
Cəmiyyət 13:27
ADY qatarlarında 800-dən çox əşya unudulub
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub
Cəmiyyət 13:04
Məktəbdə jurnalistləri döyən şəxs boksçu olub

Sabah yağış yağacaq
Cəmiyyət 12:55
Sabah yağış yağacaq
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Cəmiyyət 12:50
Qanunvericilikdə “vicdan” anlayışının tərifi yoxdur - Erkin Qədirli
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Cəmiyyət 12:14
Bu il həbsxanalarda doğulan uşaqların sayı məlum olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol