• $
  • £

Bakı Qızlar Universitetinin tələbələri digər özəl universitetlərə köçürüləcək - nazirlik

Bakı Qızlar Universitetinin tələbələri digər özəl universitetlərə köçürüləcək - nazirlik
03.08.2026 17:15

Bakı Qızlar Universitetinin təhsil fəaliyyətinin dayandırılması ilə əlaqədar universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesinə başlanılıb.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2026/2027-ci tədris ili üzrə Bakı Qızlar Universitetinə bakalavriat və magistratura səviyyələri üzrə tələbə qəbulu aparılmayacaq.

Hazırda universitetdə təhsil alan 1568 tələbədən 1513-ü bakalavriatın 11 ixtisası, 55-i isə magistraturanın 2 ixtisası üzrə təhsil alır. Tələbələrin qəbul imtahanında topladıqları bal, ixtisası, təhsil səviyyəsi, təhsil forması, təhsil dili, dövlət sifarişi və ya ödənişli əsaslarla oxuması kimi meyarlar nəzərə alınmaqla onların Bakıda fəaliyyət göstərən digər özəl ali təhsil müəssisələrinə köçürülməsi planlaşdırılır.

Nazirlik bildirib ki, akademik məzuniyyətdə olan, təhsilini müvəqqəti dayandırmış və müxtəlif səbəblərlə universitetdən xaric edilmiş şəxslərin məlumatları da dəqiqləşdiriləcək və onların təhsil hüquqlarının təmin olunması üçün müvafiq tədbirlər görüləcək.

Qurum vurğulayıb ki, universitet tərəfindən əvvəlki illərdə verilmiş diplom və digər təhsil sənədləri qüvvədə qalır və hüquqi etibarlılığını itirmir. Həmçinin 2025/2026-cı tədris ilinin məzunlarına qanunvericiliyə uyğun olaraq diplomlar təqdim ediləcək.

Nazirliyin məlumatına əsasən, universitetdə 110-dan çox pedaqoji işçi çalışır. Onların yarıdan çoxunun elmi dərəcəsi yoxdur, əksəriyyətinin isə əsas iş yeri digər ali təhsil müəssisələridir. Buna görə də universitetin fəaliyyətinin dayandırılmasının həmin şəxslərin əsas iş yerlərinə təsir göstərməyəcəyi bildirilir. Universitetin ştat əməkdaşlarının isə digər ali təhsil müəssisələrində vakant vəzifələrə müraciət edə biləcəyi qeyd olunub.

Nazirlər Kabinetinin qərarı ilə Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb. Bununla əlaqədar 2026/2027-ci tədris ili üçün ali məktəbə yeni tələbə qəbulu nəzərdə tutulmayıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol