• $
  • £

Nazirlər Kabineti məxfi məlumatlı əməkdaşların sığorta uçotu ilə bağlı yeni qaydaları təsdiqlədi

Nazirlər Kabineti məxfi məlumatlı əməkdaşların sığorta uçotu ilə bağlı yeni qaydaları təsdiqlədi
04.08.2026 10:36
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta olunanların uçotunun aparılması ilə bağlı yeni qaydalar təsdiqlənib. Bu barədə Nazirlər Kabineti qərar verib.

Qərarla "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotu Qaydası" təsdiqlənib. Sənəd sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığorta olunanların və sığortalıların sığortaçıda uçotunun təşkilati və hüquqi əsaslarını müəyyən edir.

Qaydaya əsasən, sığortaçıda sığortalılar barədə ad, VÖEN, hüquqi və faktiki ünvan, əlaqə nömrəsi, icbari sığortanın tətbiqinə başlanma tarixi, yenidən təşkil və ləğv tarixi, sığorta haqları, artıq ödənilmiş məbləğlər və digər məlumatlar uçota alınacaq.

Yeni qayda ilə yanaşı, barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığorta olunanlara unikal kodun verilməsi proseduru da müəyyən edilib.

Bu mexanizm Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, eləcə də "Dövlət sirri haqqında" qanuna uyğun olaraq məlumatları məxfiləşdirilən mülki əməkdaşlarına şamil edilir.

Qaydaya əsasən, həmin qurumlar işə qəbul edilən əməkdaşlar üçün onların işə başladığı tarixdən etibarən 5 iş günü ərzində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər. Fond müraciətə 15 iş günü ərzində baxaraq hər bir əməkdaş üçün unikal kod təqdim edəcək.

Əmək münasibətlərinə xitam verildikdə isə həmin unikal kodun ləğvi üçün sığortalı tərəfindən Fonda yazılı müraciət göndərilməlidir.

Nazirlər Kabinetinin qərarına əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti qərarın qüvvəyə mindiyi tarixdən 15 iş günü ərzində məxfi məlumatlı əməkdaşlar üçün unikal kodların verilməsi məqsədilə Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidirlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə daxil olan müraciətlər əsasında 1 ay müddətində həmin şəxslərə unikal kodların verilməsini təmin edəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 18:12
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol