• $
  • £

İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb

İspaniyada terror əməliyyatları güclənib: 117 nəfər saxlanılıb
09.08.2026 09:55

Avropada miqrasiya böhranının yenidən kəskinləşməsi fonunda radikal islamçı terror təhlükəsi ilə bağlı müzakirələr də intensivləşib. Xüsusilə İspaniyanın Şimali Afrikadakı Seuta anklavında son günlər müşahidə olunan miqrant axını Avropada təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Avropa ölkələrinin təhlükəsizlik qurumları son dövrlərdə radikallaşmada və terror təşkilatları ilə əlaqədə şübhəli bilinən şəxslərə qarşı əməliyyatları gücləndirib.

Avropa İttifaqının hüquq-mühafizə agentliyi "Europol"un 2026-cı il hesabatına əsasən, 2025-ci ildə Aİ ölkələrində terrorla əlaqəli cinayətlərə görə ümumilikdə 486 nəfər saxlanılıb. Onlardan 347-si cihadçı terrorçuluqla bağlı cinayətlərdə şübhəli bilinib.

Cihadçı terrorçuluqla bağlı saxlanılanların sayına görə İspaniya Aİ ölkələri arasında ilk sırada yer alıb. Ölkədə bu istiqamətdə 100 nəfər saxlanılıb. Terrorun bütün kateqoriyaları üzrə isə İspaniyada saxlanılan şəxslərin ümumi sayı 117 nəfər təşkil edib.

"Europol"un hesabatında bildirilir ki, 2025-ci ildə Aİ ərazisində ümumilikdə 45 tamamlanmış, uğursuzluqla nəticələnmiş və ya qarşısı alınmış terror aktı qeydə alınıb. Onlardan 24-ü cihadçı terrorçuluqla əlaqəli olub.

Hesabata görə, cihadçı terror aktları ötən il Aİ-də ən ölümcül terror kateqoriyası olub. Bu hücumlar nəticəsində 5 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol