• $
  • £

Bir il əvvəl itkin düşən qadının qəsdən öldürüldüyü müəyyənləşdirilib

Bir il əvvəl itkin düşən qadının qəsdən öldürüldüyü müəyyənləşdirilib
11.08.2026 17:17

Azərbaycanda bir il əvvəl itkin düşmüş 1954-cü il təvəllüdlü Lyudmila Timofeyevanın qəsdən öldürüldüyü müəyyən edilib.

Bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində məlumat verilib.

İstintaqın ilkin nəticələrinə görə, 1994-cü il təvəllüdlü Elnur Məmmədov 2025-ci ilin iyulunda Bakı şəhərinin Xəzər rayonunun Şüvəlan qəsəbəsində birgə yaşadığı anası ilə mübahisə edib. Məmmədovun anasının bədəninin müxtəlif nahiyələrinə çoxsaylı yumruq və təpik zərbələri endirdiyi və nəticədə onun öldüyü bildirilir.

İstintaq materiallarına əsasən, Məmmədov daha sonra anasının meyitini yaşadıqları evin həyətində basdırıb.

Hadisə yerinə baxış zamanı məhkəmə-tibb ekspertlərinin iştirakı ilə ərazidə qazıntı işləri aparılıb və insan skeleti aşkar edilərək götürülüb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Elnur Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunub və ona ittiham elan edilib.

Hazırda cinayət işi üzrə hadisənin bütün hallarının müəyyənləşdirilməsi məqsədilə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Baş Prokurorluq bildirib ki, əvvəlki illərdə bağlı qalmış cinayət işlərinin, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Cəmiyyət 16:15
Mingəçevirdə binada yanğın olub, zəhərlənənlər var
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Cəmiyyət 14:53
Sabah çimərliklərdə suyun temperaturu 25 dərəcə olacaq
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 14:46
Lənkəran-Astaraya leysan yağıb - FAKTİKİ HAVA
Sabah 33 dərəcə isti olacaq
Cəmiyyət 12:30
Sabah 33 dərəcə isti olacaq
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Cəmiyyət 11:47
Gəncədə qaz təchizatının bərpası üçün işlər görülür - Yenilənib
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Cəmiyyət 10:36
Xətai rayonunda üç küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
Cəmiyyət 00:29
İsmayıllıda avtomobil yanıb, ölən və xəsarət alan var
8 Noyabr prospektində təmir işləri aparılacaq
Cəmiyyət 23:55
8 Noyabr prospektində təmir işləri aparılacaq
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Cəmiyyət 21:44
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol