• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda qurum hesablarına kiberhücumlar qeydə alınıb — CERT

Azərbaycanda qurum hesablarına kiberhücumlar qeydə alınıb — CERT
18.08.2026 17:51

Azərbaycanda fəaliyyət göstərən bir sıra idarə və təşkilatların istifadəçi hesablarına qanunsuz daxil olmaq məqsədilə koordinasiyalı cəhdlər qeydə alınıb. Bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (CERT) məlumat yayıb.

Məlumata görə, kiberhücumların əsas hədəfi təşkilatların konfidensial məlumatlarını və elektron yazışmalarını ələ keçirmək üçün "Microsoft 365" və digər poçt sistemlərinə icazəsiz giriş əldə etməkdir. Qanun pozucuları coğrafi məhdudiyyətləri aşmaq və zərərli trafiki gizlətmək üçün xarici İP-lərlə yanaşı, yerli VPN və proksi xidmətlərindən istifadə edərək Azərbaycan İP-ləri ilə maskalanırlar.

Milli CERT təşkilatlara sistem giriş loqlarını təcili yoxlamağı, eyni gün ərzində həm xarici, həm də yerli İP-lərdən edilən daxilolmaları təftiş etməyi, bütün istifadəçilər üçün çoxfaktorlu autentifikasiyanı (MFA) aktivləşdirməyi və müəyyən edilmiş zərərli İP ünvanlarını (⁠146.70.247.20⁠, ⁠179.43.158.195⁠, ⁠130.94.80.141⁠, ⁠94.20.154.138⁠, ⁠35.178.160.238⁠) bloklamağı tövsiyə edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Siyasət 21:30
Prezidentin sosial media hesablarında yeni videoçarx paylaşılıb
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Siyasət 18:10
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Siyasət 18:03
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Siyasət 16:53
NATO və Azərbaycan hərbi əməkdaşlığı genişləndirir
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Siyasət 15:08
Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Siyasət 11:26
Teymur Musayev baş nazirin müavini, Anar Bayramov səhiyyə naziri təyin edilib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:00
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Siyasət 18:30
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Siyasət 16:02
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol