• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan parlamentində müxalifət iclası boykot edib

Ermənistan parlamentində müxalifət iclası boykot edib
25.08.2026 10:53

Ermənistan parlamentində müxalif “Güclü Ermənistan” və “Ermənistan” bloklarının deputatları avqustun 25-də keçirilən iclası boykot edib. 

Müxalifətin qərarı Baş nazir Nikol Paşinyanla hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatları ilə parlamentdə yaşanan gərginlikdən sonra verilib.

Müxalifət deputatlarının sözlərinə görə, Paşinyanın əvvəlki gün parlamentdə bütün ermənilərin katolikosu II Qareginə dünyəvi adı ilə müraciət etməsi kilsə ənənələrinə hörmətsizlik olub. Baş nazirin bu ifadəsini bir neçə dəfə təkrarlaması müxalif deputatların etirazına səbəb olub.

İclas zamanı müxalifət deputatları masaları döyərək etiraz edib, daha sonra “Güclü Ermənistan” fraksiyasının üzvləri zalı tərk edib. Hakim partiyanın deputatlarının Paşinyanı alqışladığı və müxalifətə yönəlik ifadələr səsləndirdiyi bildirilib.

Parlamentdəki gərginlik Baş nazir Nikol Paşinyanla müxalif deputatlar arasında son günlərdə artan qarşıdurma fonunda baş verir. Avqustun 24-də Paşinyanla “Güclü Ermənistan” fraksiyasının deputatı Levon Köçəryan arasında da mübahisə yaranıb. Paşinyan parlamentdə Köçəryanın əmlakının müsadirə ediləcəyini bildirib.

 Parlamentdəki siyasi qarşıdurma Ermənistanın ikinci prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryanın həbsi ilə eyni vaxta təsadüf edir. Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi avqustun 25-də cinayət işi çərçivəsində ölkə üzrə bir neçə onlarla ünvanda axtarış və digər prosessual tədbirlərin aparıldığını açıqlayıb.

Köçəryan və oğlunun həbsi ilə bağlı istintaqın detalları və onlara qarşı irəli sürülən ittihamların mahiyyəti barədə əlavə məlumat açıqlanmayıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox