• $
  • €
  • ₽
  • ₺
  • £

Çin və Nepal sərhədində sel və torpaq sürüşməsində 168 nəfər ölüb

Çin və Nepal sərhədində sel və torpaq sürüşməsində 168 nəfər ölüb
27.08.2026 11:37

 

 

Çin və Nepal sərhədində güclü sel və torpaq sürüşməsi nəticəsində ən azı 168 nəfər ölüb, 1 384 nəfər itkin düşüb. Bu barədə reuters məlumat yayıb.

Ölənlərin 165-i Nepalda, 3-ü isə Çinin Tibet bölgəsində qeydə alınıb. Nepalda 826, Tibetdə isə 558 nəfərin itkin düşdüyü bildirilir.

Nepalda itkin düşənlər arasında 500-ə yaxın, Tibetdə isə 260 əcnəbinin olduğu qeyd olunur.

Hər iki ölkədə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam edir. Nepalda 5 mindən çox hərbçi və polis əməkdaşı əməliyyata cəlb olunub. Helikopterlərlə sağ qalanların təhlükəsiz ərazilərə təxliyəsi, eləcə də ərzaq, çadır və digər zəruri yardımların çatdırılması həyata keçirilir.

“Reuters”in məlumatına görə, indiyədək 125 nəfər, o cümlədən 20 əcnəbi xilas edilib.

Hadisənin əvvəlcə zəlzələ nəticəsində baş verdiyi ehtimal edilsə də, ABŞ Geoloji Xidməti (USGS) bunun zəlzələ olmadığını açıqlayıb. USGS-in qiymətləndirməsinə görə, Himalayda buzlaq qaya və buz kütləsi ilə birlikdə çöküb və nəticədə dağıntı axını yaranıb.

Peyk görüntülərinə əsasən, buz və qaya sürüşməsi Lhende Khola çayında böyük daşqına səbəb olub. Daşqın nəticəsində yaşayış məntəqələri, yollar, körpülər və enerji infrastrukturu ciddi zərər görüb.

Çin tərəfi Gyirong ərazisində yaranmış bəndlənmiş gölün əlavə təhlükə yarada biləcəyi barədə xəbərdarlıq edib və monitorinqi gücləndirib.

Axtarış-xilasetmə və təhlükəsizlik tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox