• $
  • €
  • ₽
  • ₺
  • £

Girnə sahillərində batan gəmidə 19 nəfərin axtarışları davam edir - Yenilənib

Girnə sahillərində batan gəmidə 19 nəfərin axtarışları davam edir - Yenilənib
30.08.2026 22:38

Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisində itkin düşən 19 nəfərin axtarış-xilasetmə işləri davam edir.Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "X" sosial şəbəkəsində bildirib.

Nazirin sözlərinə görə, gəmidə olan 240 nəfər xilas edilib, 8 nəfər ölüb, 19 sərnişinin axtarışı davam etdirilir.

Uraloğlu bildirib ki, Sahil Mühafizə Komandanlığının 5 üzən vasitəsi və 2 helikopteri bölgədə axtarış-xilasetmə işlərinə cəlb olunub.

***

Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.

Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.

***

Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisindən 159 nəfərin xilas edildiyi açıqlanıb.

"Haber Global" xəbər verir ki, bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.

Onun sözlərinə görə, gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər olub.

"Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünler Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - Şenkul bildirib.

***

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.Bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.

Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.

Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox