• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ Ali Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsinin davamına icazə verib

ABŞ Ali Məhkəməsi Trampın Ağ Evdə 400 milyon dollarlıq bal zalı layihəsinin davamına icazə verib
01.09.2026 09:52

 

 ABŞ Ali Məhkəməsi prezident Donald Trampın Ağ Evdə tikdirdiyi 400 milyon dollarlıq bal zalının tikintisinin davam etdirilməsinə icazə verib. Qərar 5-4 səs nisbəti ilə qəbul edilib.

Məhkəmə Tramp administrasiyasının müraciətini təmin edərək, layihənin yerüstü hissəsində tikintini dayandıran aşağı instansiya məhkəməsinin qərarının qüvvəsini müvəqqəti dayandırıb. Bununla belə, Ali Məhkəmə layihənin qanuni olub-olmaması ilə bağlı yekun qərar verməyib.

Mübahisəyə səbəb olan iddia Tarixi Abidələrin Qorunması üzrə Milli Fond tərəfindən qaldırılıb. Təşkilat Tramp administrasiyasının Ağ Evin Şərq Qanadını sökərək yeni tikintiyə başlamaq üçün Konqresin açıq icazəsini almadığını və prezidentin belə bir layihəni təkbaşına həyata keçirmək səlahiyyətinin olmadığını bildirir.

Ali Məhkəmənin əksər hakimləri isə iş üzrə əsas məsələnin layihənin qanuniliyi deyil, iddiaçının məhkəməyə müraciət etmək üçün hüquqi əsasının olub-olmaması olduğunu qeyd ediblər.

Baş hakim Con Roberts qərarla razılaşmayıb. O, üç liberal hakimlə birlikdə verdiyi fərqli rəydə tikintinin “çox güman ki, qanunsuz olduğunu” bildirib və Konqresin federal ərazilərdə tikinti məsələlərində səlahiyyətinə diqqət çəkib.

Tramp administrasiyası layihənin Ağ Evdə böyük tədbirlərin keçirilməsi və təhlükəsizlik baxımından vacib olduğunu bildirir.

Layihə çərçivəsində Ağ Evin tarixi Şərq Qanadı sökülüb. Yeni kompleksə yerüstü bal zalı ilə yanaşı, yeraltı hərbi və təhlükəsizlik infrastrukturu da daxil olacaq.

Gülnar Nazimqızı 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Dünya 11:44
Ermənistan mediası: azərbaycanlı çoban sərhədi keçərək Ermənistana daxil olub
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Dünya 23:29
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
Dünya 19:18
Zelenski və Uitkoff arasında Osloda danışıqlar başlayıb
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Dünya 18:22
ABŞ Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 300 mindən çox vizanı ləğv edib
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb
Dünya 13:52
Türkiyədə sel fəlakətində ölənlərin sayı 10-a çatıb


Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
Dünya 10:15
Cənubi Koreya Kiyevdəki diplomatlarını geri çağıracaq
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Dünya 21:12
"SWISS" aviaşirkətinin Sürix–Şanxay reysi Bakıya məcburi eniş edib
Moldova Ukraynaya nota göndərib
Dünya 20:30
Moldova Ukraynaya nota göndərib
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Dünya 20:06
Fransada fövqəladə vəziyyət elan edilə bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox