Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasının ümumi müzakirələrində 16-cı dəfə çıxış edəcək.Bu barədə "TRT Haber" xəbər verir.
Ərdoğan 2005-ci ildən etibarən BMT Baş Assambleyasındakı çıxışlarında qlobal problemlərin həlli yollarını gündəmə gətirib.
Türkiyə Prezidentinin 16 çıxışını əhatə edən icmalda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasındakı çıxışı da qeyd olunub. Ərdoğan həmin çıxışında Qarabağın Azərbaycanın ərazisi olduğunu vurğulayıb.
Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri həyata keçirərək ərazi bütövlüyünü tam bərpa edib. Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur.