• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR insan kapitalının inkişafına yatırımları artırır

SOCAR insan kapitalının inkişafına yatırımları artırır
21.09.2026 10:01

SOCAR insan kapitalının inkişafı çərçivəsində əməkdaşların beynəlxalq təhsil və təcrübə imkanlarının genişləndirilməsinə diqqət yetirir. Bunu SOCAR-ın vitse-prezidenti Zaur Qurbanov ADA Universitetində Liderlik və İnnovasiya üzrə IE Mərkəzinin “AZEMBA” proqramının açılışında deyib.

O bildirib ki, SOCAR-ın dəstəyi ilə həyata keçirilən “Global MBA” proqramına şirkətin 16 əməkdaşı və xarici bazardan rəqabətli seçimlə müəyyənləşdirilmiş 8 iştirakçı qoşulub.

“Proqram böyük maraqla qarşılandı və yüksək ixtisaslı mütəxəssislərdən yüzlərlə müraciət daxil oldu”, -Qurbanov bildirib.

Onun sözlərinə görə, SOCAR 15-dən çox ölkədə fəaliyyət göstərir və 70 mindən çox əməkdaşı var. Şirkətin transformasiyasında insan kapitalının inkişafı əsas istiqamətlərdən biridir.

Zaur Qurbanov qeyd edib ki, SOCAR beynəlxalq tərəfdaşlarla bilik və təcrübə mübadiləsini də genişləndirir. O, GIZ, Yaponiyanın JCCCP və Türkiyənin TPAO şirkəti ilə həyata keçirilən təhsil və peşəkar inkişaf layihələrini nümunə göstərib.

Vitse-prezident bildirib ki, SOCAR-ın “Xaricdə Təhsil Təqaüd Proqramı” çərçivəsində indiyədək 380 iştirakçı dəstəklənib. Onlardan 18-i “Chicago Booth”, “IMD”, “IE University” və “Columbia Business School” kimi universitetlərdə “Executive MBA” proqramlarını bitirib və ya hazırda təhsil alır.

O əlavə edib ki, SOCAR “IMD”, “Klaus University”, “Sabancı University” və “Duke University” ilə əməkdaşlığı genişləndirir, həmçinin ADA Universiteti, Qarabağ Universiteti və Sumqayıt Dövlət Universiteti ilə tərəfdaşlıq edir.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:34
Azərbaycan nefti ucuzlaşıb
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
İqtisadiyyat 15:40
Ünvanlı sosial yardımın adambaşına düşən məbləği 11% azalıb - rəsmi
Доходы сводного бюджета достигли 36,7 млрд
İqtisadiyyat 12:45
Доходы сводного бюджета достигли 36,7 млрд

Azərbaycanın xarici dövlət borcu azalıb
İqtisadiyyat 11:25
Azərbaycanın xarici dövlət borcu azalıb
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
İqtisadiyyat 11:19
Əhalinin nominal gəlirləri 72,7 milyard manata çatıb
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
İqtisadiyyat 11:05
Azərbaycan iqtisadiyyatı 1,5 % böyüyüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl bahalaşıb - məzənnə
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
İqtisadiyyat 15:55
AYB üzvlük haqqını ödəməyənlərlə bağlı xəbərdarlıq edib
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
İqtisadiyyat 12:47
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim etdi!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol