• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib


İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
23.09.2026 11:13

Azərbaycan Prezidenti İham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudu Krallıq Elan Edilməsi Günü münasibətilə təbrik edib.

"23 Sentyabr – Krallıq Elan Edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər, ənənəvi dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası əlaqələrinin və əməkdaşlığının yüksələn xətlə və dinamik inkişafı bizi sevindirir.

Biz qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Bu gün bir sıra sahələrdə əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Əməkdaşlığımızın prioritet sahələrindən olan enerji, o cümlədən alternativ və bərpaolunan enerji sahəsində ölkənizin aparıcı şirkəti olan "ACWA Power" ilə tərəfdaşlığımız ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.

Beynəlxalq təşkilatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlığımızı və qarşılıqlı dəstəyimizi ayrıca vurğulamaq istərdim. Əlbəttə ki, ali səviyyədə fəal siyasi dialoqun mövcudluğu bütün bunlar üçün əlverişli zəmin formalaşdırmışdır.

Əminəm ki, xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətləri və qarşılıqlı fəaliyyətimiz ölkələrimizin rifahı naminə birgə səylərimizlə gələcək illərdə daha da dərinləşəcək, tərəfdaşlığımız yeni nailiyyətlərlə zənginləşəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxşar xəbərlər
Oxşar xəbərlər
BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək
Siyasət 19:50
BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Bakıda AQEM sammitində iştirak edəcək
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Siyasət 18:37
Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub
Tom Berendsen oktyabrın 26-da Azərbaycana səfər edəcək
Siyasət 18:21
Tom Berendsen oktyabrın 26-da Azərbaycana səfər edəcək
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Siyasət 18:05
Prezidentin sosial media hesablarında Thonqlun Sisulitun Azərbaycana rəsmi səfəri ilə bağlı paylaşım edilib
Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video
Siyasət 17:24
Paşazadə: Hicab məsələsi ilə xalqı etiraza qaldırmaq qəbuledilməzdir - video
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Siyasət 17:05
XİN: Dron hücumuna məruz qalan gəmidəki 8 azərbaycanlı xilas edilib
Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
Siyasət 16:54
Milli Məclisin işçi qrupu Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamlara etiraz edib
Azərbaycanda bank kreditləri üzrə icra işlərinin sayı 50% artıb - Zahid Oruc/ Video
Siyasət 12:30
Azərbaycanda bank kreditləri üzrə icra işlərinin sayı 50% artıb - Zahid Oruc/ Video
Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Siyasət 12:02
Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol