• $
  • €
  • ₽
  • ₺
  • £

IV Bakı Təhlükəsizlik Forumu keçirilib

IV Bakı Təhlükəsizlik Forumu keçirilib
24.09.2026 09:44

Bakıda 100-dən çox ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə IV Bakı Təhlükəsizlik Forumu keçirilib.

Sentyabrın 22-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən forum “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusuna həsr olunub.

Tədbirdə Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti oxunub və konfransın mövzusuna dair videomaterial nümayiş etdirilib.

Forumda çıxış edən DTX rəisi, general-polkovnik Əli Nağıyev bildirib ki, beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrünü yaşayır. Onun sözlərinə görə, ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verməkdə çətinlik çəkir və etibarlı tərəfdaşlığın gücləndirilməsinə ehtiyac var.

DTX rəhbəri təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunması ilə məhdudlaşmadığını qeyd edib. O, davam edən münaqişələrin regional proseslərə, enerji bazarlarına və ərzaq təhlükəsizliyinə təsir göstərdiyini vurğulayıb.

Bakı Təhlükəsizlik Forumu çərçivəsində DTX və BMT-nin Terrorçuluğa Qarşı Mübarizə Ofisinin birgə təşkilatçılığı ilə “Operativ tərəfdaşlıqlar vasitəsilə milli terrorçuluqla mübarizə imkanlarının gücləndirilməsi” mövzusunda yan tədbir də keçirilib.

Müzakirələr zamanı müasir texnologiyaların yaratdığı terror təhdidlərinə qarşı milli və beynəlxalq əlaqələndirmə mexanizmlərinin, həmçinin Bakı Təhlükəsizlik Forumunun platforması olan Antiterror Məlumat Mübadiləsi Sistemi (CTIES) kimi alətlərin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Siyasət 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Siyasət 22:08
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Hakan Fidan Azərbaycana gəlib
Siyasət 21:08
Hakan Fidan Azərbaycana gəlib
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:35
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Siyasət 19:24
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:20
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Siyasət 19:18
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Siyasət 19:07
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Siyasət 19:05
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol