• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üçün hüquqi çərçivə yaradılır
24.09.2026 10:06

 

Azərbaycanda sekyuritizasiya fəaliyyətinin hüquqi əsaslarının yaradılması nəzərdə tutulur. Yeni mexanizm kreditorlara aktivlər üzrə gələcək pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə, likvid olmayan aktivlərin isə qiymətli kağızlara çevrilməsinə imkan verəcək.

Bu, “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihəsində əksini tapıb. Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun olaraq beynəlxalq təcrübə, xarici ölkələrin qanunvericiliyi və Azərbaycanın kapital bazarlarının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Layihə sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının hazırlanması və təsdiqi, istiqrazların emissiyası, risklərin idarə edilməsi və şəffaflıq məsələlərini tənzimləyir.

Sənədə əsasən, kreditor sahib olduğu aktivlərdən gələcək pul vəsaitlərini dərhal əldə etmək üçün həmin aktivləri sekyuritizasiya şirkətinə sata biləcək. Şirkət isə aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar emissiya edəcək. İstiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan vəsaitlər hesabına həyata keçiriləcək.

Hər bir sekyuritizasiya prosesinin Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi plan əsasında aparılması nəzərdə tutulur. Planda prosesin iştirakçıları, sekyuritizasiyanın predmeti olan aktivlər, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu təsdiq edən kənar auditor rəyi əks olunmalıdır.

AMB sekyuritizasiya planını təsdiqlədikdən sonra 60 iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün tənzimləyici quruma müraciət etməlidir.

Risklərin azaldılması üçün də bir sıra tələblər müəyyən edilir. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən yüksək olmamalıdır.

Bundan başqa, aktivlərin satıcısı həmin aktivlər əsasında buraxılan istiqrazların azı 5%-ni özü əldə etməli və onları tədavül müddətinin sonunadək saxlamalıdır.

Layihədə aktivlər üzrə pul tələblərinin təmin edilməsi, həmçinin istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılış şəklində emissiyası kimi mexanizmlər də nəzərdə tutulur.

Sənədə əsasən, sekyuritizasiya mexanizminin tətbiqi bazar iştirakçıları üçün likvidliyin idarə olunması imkanlarını genişləndirə, likvid olmayan aktivlərin qiymətli kağızlara çevrilməsinə və investorlar üçün yeni investisiya imkanlarının yaranmasına şərait yarada bilər.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
İqtisadiyyat 17:25
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
İqtisadiyyat 15:07
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol