• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
24.09.2026 13:03

 

 

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini və İtaliyanın “TEHA Group” şirkətinin nümayəndəsi Filippo Malinvernonu qəbul edib.

Görüşdə Azərbaycanda investisiya imkanları, süni intellekt və müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Qonaqlar Bakıda Prezident İlham Əliyevin himayəsi altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edəcəklərini bildiriblər.

İlham Əliyev Azərbaycanın Çin və İtaliya ilə sıx münasibətlərinin olduğunu və hər iki ölkədən olan iş adamlarının Azərbaycana sərmayə yatırdığını qeyd edib.

Görüşdə Azərbaycanın 2025–2028-ci illər üçün süni intellekt strategiyasının təsdiq edildiyi xatırlanıb. Ölkədə yaradılmış biznes mühiti və xarici investorlar üçün imkanlar barədə də fikir mübadiləsi aparılıb.

Tərəflər yaşıl enerji, kibertəhlükəsizlik, təhsil və digər sahələrdə süni intellektin tətbiqi, eləcə də Azərbaycanla sözügedən şirkətlər arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Siyasət 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Siyasət 22:08
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Hakan Fidan Azərbaycana gəlib
Siyasət 21:08
Hakan Fidan Azərbaycana gəlib
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:35
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Siyasət 19:24
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:20
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Siyasət 19:18
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Siyasət 19:07
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Siyasət 19:05
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol