• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib

Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
24.09.2026 14:50

 

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanın Xəzər dənizində keçirdiyi hərbi təlim zamanı hərbçilərin həlak olması ilə bağlı başsağlığı verib.

Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, sentyabrın 24-də Aktaudan 43 kilometr məsafədə keçirilən hərbi-dəniz təlimləri zamanı hava şəraitinin kəskin pisləşməsi nəticəsində dalğa 19 hərbçini dənizə aparıb. Hadisə nəticəsində 9 hərbçi həlak olub, 3 nəfər xilas edilib, 7 hərbçinin axtarışları davam etdirilir.

Hadisə ilə bağlı Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov da Qazaxıstanın müdafiə naziri general-leytenant Dauren Kosanova başsağlığı məktubu ünvanlayıb.

Həsənov başsağlığında həlak olan hərbçilərin yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralanan hərbi qulluqçuya şəfa diləyib və itkinlərin axtarış-xilasetmə əməliyyatlarının müsbət nəticələnəcəyinə ümid etdiyini bildirib.

Azərbaycan XİN-in “X” sosial media hesabında da hadisə ilə bağlı dərin kədər ifadə olunub.

“Həlak olan hərbçilərin ailələrinə və yaxınlarına, eləcə də qardaş Qazaxıstan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Allah dünyasını dəyişənlərə rəhmət eləsin, onların ailələrinə bu ağır günlərdə güc və səbir versin. Hazırda itkin düşənlərin sağ-salamat xilas ediləcəyinə ümid edir, yaralanan hərbçiyə isə tezliklə şəfa diləyirik”, - XİN bildirib.

Qazaxıstanın axtarış-xilasetmə əməliyyatlarına dörd hərbi gəmi, Mi-8 helikopteri və Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Siyasət 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Siyasət 22:08
İlham Əliyev Özbəkistan və Tacikistan prezidentləri ilə görüşüb - Yenilənib
Hakan Fidan Azərbaycana gəlib
Siyasət 21:08
Hakan Fidan Azərbaycana gəlib
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
Siyasət 19:35
Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Siyasət 19:24
İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
Siyasət 19:20
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Siyasət 19:18
İlham Əliyev İsrail Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
Siyasət 19:07
Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Siyasət 19:05
İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol