• $
  • €
  • ₽
  • ₺
  • £

BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb

BƏƏ İran aviaşirkətlərinin uçuşlarını dayandırıb
24.09.2026 21:45

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran aviaşirkətlərinin ölkəyə və ölkədən uçuşlarını sentyabrın 24-dən etibarən növbəti bildirişədək dayandırıb.Bu barədə BƏƏ-nin Mülki Aviasiya İdarəsi məlumat yayıb.

Qərarın ABŞ-nin İran aviaşirkətlərinin dünyanın müxtəlif ölkələrindəki hava limanlarından istifadəsinə tətbiq etdiyi məhdudiyyətlər fonunda qəbul edildiyi bildirilib.

İran mediasının məlumatına görə, BƏƏ-yə bütün reyslər gecə yarısından etibarən ləğv edilib. Biletləri satılmış “Iran Airtour” aviaşirkətinin Tehran-Dubay reysi də uçuşa az qalmış ləğv olunub.

ABŞ Maliyyə Nazirliyi sentyabrın 8-də İranın aviasiya sektoruna qarşı sanksiyalar tətbiq edib. Nazirliyin məlumatına görə, məhdudiyyətlər 27 İran aviaşirkətini əhatə edib. Vaşinqton İran aviaşirkətlərinə yanacaq doldurulması, eniş xidmətlərinin göstərilməsi və bilet satışını davam etdirən xarici şirkətlərin ABŞ dolları əsaslı maliyyə sistemindən kənarlaşdırıla biləcəyi barədə xəbərdarlıq edib.

ABŞ-nin yeni məhdudiyyətlərinin qüvvəyə minməsindən sonra İranın bəzi qonşu ölkələrə, o cümlədən İraq və Omana uçuşları dayandırılıb. Azərbaycan və Gürcüstan da İran aviaşirkətlərinin reyslərinə məhdudiyyətlər tətbiq edib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Dünya 23:20
İstanbulda sel nəticəsində köməksiz qalan 3055 nəfər xilas edilib
Zelenski Brüsselə gedib
Dünya 22:38
Zelenski Brüsselə gedib
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Dünya 20:16
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
Rusiyalı jurnalist terrorçu elan edilib
Dünya 19:58
Rusiyalı jurnalist terrorçu elan edilib
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Dünya 19:13
Sudanda hərbi təyyarə yaşayış evinə çırpılıb, 5 uşaq həlak olub
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
Dünya 19:00
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb, 4 nəfər itkin düşüb
Dünya 15:25
İstanbulda seldə ölənlərin sayı 3-ə çatıb, 4 nəfər itkin düşüb
“Navai” 2 ay müddətinə həbs edilib
Dünya 14:33
“Navai” 2 ay müddətinə həbs edilib

Pakistanda məktəbin damı uçdu -27 şagird öldü
Dünya 14:19
Pakistanda məktəbin damı uçdu -27 şagird öldü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol