• $ 1.7
  • € 1.94
  • ₽ 0.021438
  • ₺ 0.0432
  • £ 2.3031

Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu "Atletiko Madrid"in idman formasında əks olunacaq - FOTO

Bakıda keçiriləcək I Avropa Oyunlarının loqosu "Atletiko Madrid"in idman formasında əks olunacaq - FOTO
23.11.2013 17:32
2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının bu gün təqdim olunmuş loqosu İspaniyanın "Atletiko Madrid" klubunun futbolçularının formasını bəzəyəcək.Trend-in məlumatına görə, İspaniya La Liqasının növbəti turu çərçivəsində "Visente Kalderon" stadionunda "Hetafe" komandasına qarşı oyuna "Atletiko Madrid" futnolçuları məhz həmin formalarla çıxacaqlar.Azərbaycanla strateji müttəfiqliyinin tərkib hissəsi kimi İspaniya klubunun birinci Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək üçün oyunda Bakı 2015 loqosu göstəriləcək.Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarının rəsmi loqosu bu gün eyni vaxtda Bakı, Roma və Madriddə təqdim edilib.Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib: "Biz ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur və Avropanın hər yerindən 2015-ci ildə keçiriləcək bu tarixi tədbirə gələcək bütün atlet və qonaqları salamlayırıq. Bizim loqomuz xalqımızın idman irsindən qürur duyması, qonaqpərvərliyə sədaqətimiz, qonaqlarımızı qarşılamağımız və həm Avropada, həm də ondan kənarda ölkəmizin inkişaf etməkdə olan idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir".Azərbaycanlı loqo tərtibatçısı Adəm Yunisov bildirib: "Mən bununla Azərbaycan xalqının birinci dəfə keçiriləcək Avropa Oyunlarına olan həvəs və istəyini ifadə etmək, fikirdə və idmanda yenilikçi və ilhamlandırıcı olmaq istədim. Bu həmin ideyanı əks etdirən əlamətdar bir loqodur".Loqo Romada keçirilmiş 42-ci Avropa Olimpiya Komitəsinin Ümumi Yığıncağında təqdim edilib və AOK Prezidenti Patrik Hikinin fikrincə, Oyunlara hazırlıq istiqamətində başqa vacib bir mərhələni ifadə edir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol